2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Veteran özünü yandırıb

Bakı/10.02.22 Fevralın 9-da İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsənov Sərdar Goranboy rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib. O, öz üzərinə benzin tökərək yandırıb. 

Həsənov Goranboy rayon xəstəxanasına yerləşdirilib. 

O, problemlərin həll edilmədiyindən bu addımın atdığını bildirib. “Suyumuzu, işığımızı, qazımızı çəkmirlər. Deyirlər, bizlik deyil. Kimə müraciət edək? 8 aydır sürünmüşəm onların dalınca”.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyindən Turana bildirilib ki, fevralın 9-u saat 16 radələrində Goranboy şəhər sakini Sərdar Həsənov Rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib. “Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar. Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.Araşdırma aparılır”.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. –0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button