Now Reading:
Veteranlar zərərçəkən kimi tanınmadı

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və müavini Cavan Əhmədovun cinayət işi üzrə iclas keçirilirb. “Bizim Yol”un xəbərinə görə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən şikayətçi olan Əfqanıstan veteranları iş üzrə zərərçəkən qismində deyil, şahid qismində tanınınblar. Buna səbəb onların pulu təqsirləndirilən şəxslərə rüşvət kimi vermələridir. Məhkəmə baxışı fevralın 28-nə təyin edilib.

Əfqanıstan veteranları isə zərərçəkən kimi tanınmamalarından narazı qalıblar.

Onlar bildirirlər ki, onlar torpaq almaq və ayrılmış imtiyazlardan istifadə etmək üçün birliyin sədrinə və müavininə pul veriblər. Bu pul isə rüşvət hesab edildiyindən, onlar zərərçəkən kimi tanınmırlar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər rüşvət alma, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirlər. Şikayətçi olan ictimai birliyin üzvü olan veteranlar bildirirlər ki, Məhəmməd Vəliyev birlik üçün nəzərdə tutulmuş torpaq sahəsi ayırmaq üçün onlardan pul alıb, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub. Onlar Vütüranların 30 nəfəti məsələ ilə bağlı Prezident Administrasiyasına da məktub göndəriblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.