2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

“Veysəloğlu” Zəngilanın Ağalı kəndinə suvarma avtomobili ianə edib

®Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması ilə bağlı dəstəyini davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu dəfə Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Şərqi Zəngəzur İqtisadi Rayonuna suvarma avtomobili ianə edib. Suvarma avtomobili Zəngilanın Ağalı kəndində tarlaların suvarılması üçün istifadə ediləcəkdir.

Qeyd olunan nəqliyyat vasitəsinin təqdimat mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov, Qrup CEO Burak Dəniz, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qrupun yüksək rəhbərlik heyəti və media nümayəndələri iştirak edib.

VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov Qarabağ Dirçəliş Fonduna işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi səylərə görə dərin minnətdarlığını bildirib:

“”Veysəloğlu” olaraq biz davamlı inkişafın birgə fəaliyyət tələb etdiyinə inanırıq. Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığımız vasitəsilə biz yenidənqurma prosesini sürətləndirmək üçün lazımi dəstək və resursları təmin etməklə nəzərəçarpacaq fərq yaratmağı hədəfləyirik”.

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev şirkətin bu təşəbbüsünün Qarabağın dirçəlişi prosesində mühüm bir dəyərə malik olduğunu bildirib. O, nümunəvi addıma görə şirkətin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirib.

“Veysəloğlu Şirkətlər Qrupu ilk dəfə deyil ki, Fonda ianə edir. Daha öncə də işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işlərinə töhfə vermək məqsədilə ianə edərək dəstək olublar. Şirkətin bu təşəbbüsü digərləri üçün örnək olmalıdır”,- deyə Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev çıxışı zamanı bildirib.

Suvarma avtomobilinin təqdimat mərasimi Şirkətlər Qrupuna məxsus “AVT Logistics”də keçirilib. Tədbir iştirakçıları eyni zamanda şirkətin quru və soyuq anbarlarını ziyarət ediblər.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.

veyselogluiane3 veyselogluiane4 veyselogluiane6

646f4e2f96a1c646f4e2f96a1d1685016111646f4e2f96a19646f4e2f96a1a 646f4e38194ab646f4e38194ac1685016120646f4e38194a6646f4e38194a8

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button