2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

VHP Ali Məclisinin sədri yarım milyonluq tenderin qalibi oldu

Şəki Şəhər İcra Hakimiyyəti mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üzrə müsabiqəyə yekun vurub. “24 saat” xəbər verir ki, müsabiqənin qalibi “Təkamül” MMC-dir. Qurumla şirkət arasında bağlanan müqavilənin maliyyə dəyəri isə 406 540.09 (dörd yüz altı min beş yüz qırx manat doqquz qəpik) AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Təkamül” MMC 23 sentyabr 2002-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 30 AZN olan şirkətin hüquqi ünvanı Şəki rayonu, Çələbixan qəsəbəsi, ev A-04-1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Aslan Şahin Vaqif oğludur.

Saytların yığılması Saytlarin yigilmasi

Rafiq Manaflı daha bir tenderin qalibi elan edildi

Dəqiqləşdirmələrimiz zamanı məlum olub ki, “Təkamül” MMC-nin təsisçisi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflıdır. Vikpediyada Rafiq Manaflı barədə bioqrafik məlumatda onun “Təkamül” MMC-nin direktoru olduğu qeyd edilib. Xatırladaq ki, “Təkamül” MMC 2010-2017 illər arası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin elan etdiyi ümumi dəyərləri 1 milyon manatdan çox olan tenderlərin qalibi olub.

Eyni zamanda məlum olur ki, şirkəti 2000-ci ildə təsis olunub. Rafiq Manaflı 1989-1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. 1996-cı ildən siyasi fəaliyyətini VHP-də davam etdirir. Aktiv siyasi fəaliyyətlə məşğul olan Rafiq Manaflı müxalifətin 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra yaratdığı İctimai Palatanın Koordinasiya Şurasının, 2013-cü ildə yaradılan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olub.

2020-ci ildə Milli Şuradakı fəaliyyətinə “Son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm” yazaraq son verib.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button