2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vicdan məhbusu Murad Ədilov məhkumluğunun 3-cü ilində

14 may AXCP üzvü Murad Ədilova Lənkaran Ağır Cinayətlərə dair məhkəmənin hökm oxuduğu gündür.

2 il əvvəl Murad Ədilov narkotiv vasitələrin qanunsuz saxlanmasında günahlandırılaraq 6 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə hökmü mayda çıxsa da, Muradın məhkumluğu həbs edildiyi gündən, yəni 11 avqust 2014-cü ildən hesablanıb. O artıq cəzasının təxminən yarısını çəkmiş kimidir. Murad Ədilov, onun vəkilləri ittihamı rədd edir. Onlar bu cəzanın siyasi sifarişlə, qərəz əsasında verildiyin bəyan edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, bu M. Ədilovun üzv olduğu partiyanın funksioneri, eyni zamanda müxalif “Azadlıq” qəzeti və Turan TV əməkdaşı olan Natiq Güləhmədoğlunun siyasi fəaliyyətinə görədir. Murad Ədilov saxlanarkən Sabirabad polis idarəsində, daha sonra isə Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində fiziki və mənəvi işgəncələrə məruz qalıb.

Bu işgəncələr ona əsasən öz əleyhinə ifadə almaq üçün verilib. Lakin, Murad Ədilov onların hamısını rədd edərək, ittihamlarla razılaşmayıb, onları saxta hesab edərək imzalamaqdan imtina edib. M. Ədilov yaşadığı kənddə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Jurnalist Natiq Güləhmədoğlu bildirir ki, həbs siyasi rəhbərlik tərəfindən sifariş edilsə də, əməliyyat olduqca kortəbii aparılıb.

Buna misal kimi, o qanunun qadağan etməsinə baxmayaraq Muradın üzünə hal şahid kimi qoyulan Sabirabad rayonunda vəkil fəaliyyəti ilə məşğul olan Səxavət Məmmədovun adını çəkib.

Qardaşının dedikləri

Image result for Natiq Ədilov

N. Güləhmədoğlu deyir ki, Murad saxlananrkən orda olmadığını S. Məmmədovun özü də təsdiq eləsə də ittiham aktına cəbhəçinin cibindən narkotik vasitə çıxdığını imzası ilə təsdiq edib.

Natiq Güləhmədoğlunu sözlərinə görə qardaşına qarşı digər hal şahidi, Şirvan şəhər sakini Atakişiyev Elçin Ataxan oğlu isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi general Həzi Aslanovun şəxsi agentidir. İşin qəribə cəhəti odur ki, bu şəxs vəkil Yalçin İmanovun sorğusu əsasında təsdiqlənib ki, qeydiyyatda olan narkomandır.

Şirvan Apelyasiya məhkəməsi, daha sonra isə Ali Məhkəmə Muradın “işinə” baxsa da ilk instansiya məhkəməsinin hökmünü dəyişmədən saxlayıb. Ədilovun vəkillərin işin mahiyyəti və eləcə də işgəncələrlə bağlı Avropa İnsan Haqları məhkəməsinə şikayət verib. Vəkil Yalçın İmanovun məlumatına görə bir çox siyasi məhbusların şikayəti kimi Muradın da şikayəti birinci dəfə “Azərpoçt”da “itib”. Nüfuzlu “Aminesty İnternational” təşkilatı Murad Ədilovu “vicdan məhbusu” kimi tanıyıb.

Bir şeyi də əlavə etməyi unutmayaq. Bu Murad Ədilovun siyasi motivlə ikinci həbsidir. İlk dəfə ona 2013 cü ilin fevralında “narkotik”lə bağlı ittiham elan edilmişdi. Lakin, 2 gün sonra maddə dəyişdirilərək onu “polisə müqavimət göstərlə” əvəzləndi və Ədilov inzibatı qaydada həbs edildi. Həbs zamanı isə o çalışdığı idarədən uzaqlaşdırıldı. (nopoliticalprisoners.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button