2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vida mərasimində Elçin Əfəndiyevlə Flora Kərimova arasında narazılıq – VİDEO

Xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.

24saat.org “Qafqazinfo”a istinadən xəbər verir ki, xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F. Kərimova yazıçının yanında əyləşib.

Bu zaman E. Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.

Yazar yanında əyləşən Hicran Hüseynovadan söz soruşduğu üçün belə addım atdığını bildirib. Flora Kərimova isə bununla razılaşmayıb, hörmətsizlik etdiyini qeyd edərək o da arxasını Əfəndiyeva çevirib.

Saytların yığılması Saytlarin yigilmasi

Xalq yazıçısı isə sənətçinin yanında əyləşən digər xalq artisti, aktrisa Şəfiqə Məmmədovaya anlaşılmazlıq barədə danışıb: “Şəfiqə xanım, buna başa salın ki, mən elə insan deyiləm ki, arxamı çevirəm”.

F. Kərimova da “Özünüzü yaxşı aparın. Başa düşmədim, Şəfiqə xanıma niyə deyirsiz, sizə kömək lazımdı? Məni başa salmaq lazım deyil, mən sizi başa saldım” deyərək məsələyə nöqtə qoyub.

https://youtu.be/BpcVGL7VnEY

Qeyd edək ki, Amaliya Pənahova ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında keçirilib. Daha sonra özünün vəziyyətinə əsasən, xalq artisti “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button