24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏ

Vidadi Isayevin “sağ əli”nin oğlu adam öldürdü: Yasa üzrxahlığa getdilər, döyüldülər… – Savash.org


Bərdə rayonunda məmur övladının harınlığı bir nəfərin ölümü ilə nəticələnib. Savash.org-a sızan məlumata görə, iyul ayının 11-də Bərdə şəhərində baş vermiş avtoqəza nəticəsində 18 yaşlı gənc həyatını dəyişib.

Baş vermiş hadisə ilə bağlı yayılmış rəsmi məlumatda bildirilirdi ki, Bərdə şəhərinin Bakı küçəsində yolu keçmək istəyən 18 yaşlı Elvin Ələkbərovu “Opel” markalı minik avtomobili vurub. Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da gəncin həyatını xilas etmək mümkün olmayıb.

Savash.org-a baş vermiş faciəli olayla bağlı daxil olan məlumatda isə daha ilginc təfərrüatlar yer alıb. Daxil olan məlumata görə, qəzanı törədən məmur oğlu olub. Belə ki, qəzanı törədən 15 yaşlı Hüseyn Qasımov Bərdə rayon İcra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda onun icra başçısı Vidadi İsayevin “sağ əli” olduğu bildirilir.

Mənbənin sözlərinə görə, Hüseyn Qasımov və həyat yoldaşı mərhumun yas mərasiminə gəlsələr də onlar gözlənilməz sitiuasiya ilə qarşılaşıblar. Belə ki, Bərdə RİH-nin əməkdaşı və həyat yoldaşı mərhumun qohumları tərəfindən döyülüblər.
Mövzuyla bağlı araşdırmalarımız davam edir.
SAVASH.ORG





Savash.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button