Vidadi Zeynalov azadlıqda - 73 milyonluq mənimsəmə... - 24 saat xəbərlər
Now Reading:
Vidadi Zeynalov azadlıqda – 73 milyonluq mənimsəmə…
Full Article 1 minutes read

Vidadi Zeynalov azadlıqda – 73 milyonluq mənimsəmə…

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.

Sabunçu Rayon Məhkəməsi qərarına əsasən, V.Zeynalov səhhəti ilə əlaqədar cəzasının qalan hissəsini çəkməkdən azad edilib.
Onun cəza müddətinin bitməsinə 7 ay qalmışdı.

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ( Aparatının sabiq rəhbəri Vidadi Zeynalov və digər vəzifəli şəxslər 2015-ci ilin noyabr ayında həbs edilib. Onlara 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsi ilə bağı ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalova 13 il azadlıqdan məhrumetmə cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib.

Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb. Daha sonra V.Zeynalovun ailə üzvləri və digər şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.