2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Vidadi Zeynalov, mənimlə problemin var?”

“RABİTƏ İŞİ”ndə gərginlik yaşandı
Nazirliyin sabiq aparat rəhbərinin vəkillərinin vəsatəti qalmaqala səbəb oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vəkillərdən birinin iştirak etməməsi səbəbilə proses təyin edilmiş vaxtdan 1 saat sonra başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.
Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edərək bildirib ki, digər sənədlərin tədqiqindən daha vacib iki məqam var ki, araşdırılması zəruridir. Onun sözlərinə görə, iki epizod üzrə araşdırmna getsə də, ittiham aktında bu epizodlardan biri yer alıb. ttiham aktında Aztelekom MMC-in epizodu 2009-cu 2015 ildək Oqtay Rüstəmova və Məhəmməd Məmmədova münasibətdə deyilir ki,  onlar MMC-yə köçürülmüş 128 milyon 944 min manat pul vəsaitini cəmiyyətinin ayrı-ayrı banklarında hesabına köçürülməsinə və sonradan nağdlaşdırılmasına nail olublar. Orada ümumilikdə 29 milyon 700 manat pulu Vidadi Zeynalova verməklə 243 mini Oqtay Rüstəmov  və 3 milyon 807 mini isə Məhəmməd Məmmədov mənimsəyib.
Yenə ittiham aktında  göstərilir ki, Məhəmməd Məmmədov və Oqtay Rüstəmov həmin dövr üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaitin saxta hesabatlar tərtib etməklə başqa-başqa telekomunikasiya qovşaqlarına köçürdərək pulları sənədləşdirib. ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verilib, 4 milyon 200 manatı  Məhəmməd Məmmədova çatıb, 234 min isə Oqtay Rüstəmov özünə götürüb.
Həmçinin başqa bir ifadəsində Məhəmməd Məmmədov göstərir ki,  “Azintelekom” MMC-dən 2009-2015-ci illərdə daxil olan 128 milyon manat xidmət haqqı məbləği  “Aztelekom” tərəfindən köçürülüb. Həmin vəsait nazirliyin göstərişi ilə Telefon Qovşaqlarına, “Azərpoçt”a, “Qafqaz s” və s. MMC-ə köçürülüb və həmin vəsaitlər nazirliyin kassasından verilib”.
Vəkil əlavə edib ki, burada zidiyyət yaranır: “Aztelekom” MMC hər ay daxili imkanları hesabına mal-material alınmasına, işlərin görülməsinə orta hesabla 1.5 milyon manat vəsait sərf edir və bu vəsait ƏDV ilə bilrikdə 95.4 milyon manat təşkil edir. Guya buradan nazirliyin xəzinəsinə 37.9 milyon manat verilir.  O.Rüstəmov 243 min, Məhəmməd Məhəmmədov isə 3.8 milyon manat pulu özlərinə götürürlər. Sonra isə nazirliyin göstərişinə əsasən, “Azintelekom”dan daxil olan 128 milyon manat “Aztelekom” tərəfindən telefon qovşaqlarına, MMC-lərə köçürülür. Buradan da nazirliyin xəzinəsinə 29.7 milyon manat vəsait verilir və M.Məmmədov özünə 3.8 milyon manat, O.rüstəmov isə 243 min manat pul götürürlər. Bunlarıd eməkdə məqsədim odur ki, obyektov və ədalətli araşdırma aparılsın. Dövlətə ziyan vurulubsa, tam dəqiqləşdirilməli və dəymiş ziyan tam ödənilməlidir”.
Vəkil vurğulayıb ki, istintaq orqanı dəymiş ziyanla bağlı iki epizodu bilərəkdən qarışdırmaqla məqsədli şəkildə epizodda məbləği artırmış, digər epizodlarda ümumiyyətlə məbləğ göstəməmişdir. “37.9 milyon manat haradadaır? Bu pulun nazirliyin xəzinəsinə heç bir aidiyyatı yoxdur. Bu məsələ ibtidai istintaqada lazımi səviyyədə araşdırılmayıb. Heç olmasa məhkəmə istintaqı dövründə araşdırlsın”.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev etirazını bildirib. O Vidadi Zeynalovun ifadələrini elan edilməsini istəyib. Vidadi Zeynalovun digər vəkili Ceyhun şahid Fətulla Baxşəliyevin ifadəsinin elan edilməsini istəyib. Bildirib ki, Məhəmməd Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev yenə də etiraz edib: “Məmməd Məhəmmədova pul verilib-verilməməsini sübut etmək Vidadi Zeynalova nə verəcək? Onunla bağlı nə dəyiçəcək ki?” – deyən vəkil bildirib ki, Məhəmməd Məmmədova pul verilmədiyini hamı bilir. Mübahisə davam edib və vəkil Elxan Süleymanov Şahin Rəfiyevə cavabında bildirib ki, istintaq eyni halı Vidadi Zeynalova tətbiq etməyib və qərəzli olub.
Bu zaman təqsirləndirilən Məhəmməd Məmmədov Vidadi Zeynalova etiraz edib: O, “Vidadi Zeynalov məndən nə istəyirsən, mənimlə problemin var?” – deyə, bildirib.
Vidadi Zeynalov isə onunla heç bir işi olmadığını deyib.
Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün ayrılacaq.
Bu zaman vəkillər araslnda ciddi mübahisə yaranıb. Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, Məhəmməd Məmmədov heç kimə pul verməyib. O, Vidadi Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə günahlandırıb.
Vidadi Zeynalov isə bildirib ki, onun və vəkillərinin məqsədi Məhəmməd Məmmədovun əleyhinə danışmaq yox, istintaqın düzgün aparılmamasını sübut etməkdir: “Hamı bilir ki, Məhəmməd Məmmədov nə pul alıb, nə də pul verib. Ancaq qorxusundan dövlətə vurulan ziyanı ödəyib”.
Daha sonra sənədlərin elan edilməsi davam etdirilib.
Təqsirləndirilən Namazəli Məmmədovun vəkili Könül Əliyeva isə mühasibat ekspertizasının təkrar keçirilməsi haqqında vəsatət qaldırıb. O bildirib ki, ekspertia rəyində ciddi səhvlər var. Onun dogər vəsatəti “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-də aparılan axtarış-götürmə protokolunun sübutlar siyahısından çıxarılması barədə olub. O qeyd edib ki, protokol axtarış-götürmə tədbirlərindən 25 gün sonra tərtib olunub ki bu da prosessual pozuntudur. Bu səbəbdən də sübut kimi qəbul edilə bilməz. Məhkəmə vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlayıb.
Könül Əliyeva Vidadi Zeynalovla Namazəli Məmmədovun istintaqadakı üzləşmə protoklunun elan edilməsini istəyib. Hakim üzləşməni elan edərkən, Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov etiraz edib və bildirib ki, Vidadi Zeynalov məhkəmədə ifadə vermədiyinə görə, bu sənəd elan edilə bilməz. Hakim etirazı qəbul edib və sənəd edlan edilməyib.
Proses martın 3-də davam etdiriləcək.
Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da həbs edilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şəri cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button