2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Video və səsli danışıq imkanları məhdudlaşdırılır

Azərbaycanda sakinlər may ayından başlayaraq, pulsuz zəng imkanı verən mobil vasitələrin işləməməsi və internetin sürətində ciddi zəifləmə ilə üzləşiblər.

Konkret olaraq Whatsapp, Facebook Messencer, Viber, Skype və Facetime kimi pulsuz, məşhur video və səsli danışıq imkanı verən alətlərdən istifadə məhdudlaşdırılıb. Bəzən isə sosial şəbəkələrə giriş texniki cəhətdən mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial mediada insanlar günlərdir davam edən xaricə zəng etmək və xarici ölkələrdən zəng qəbul etmək problemindən şikayət etsələr də, səbəbləri barədə müxtəlif fikirlər mövcuddur.

Məsələ ilə bağlı, BBC Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən şərh ala bilməyib.

Rəsmi açıqlamadan xəbərsiz qalan İnformasiya Texnologiyaları (İT) ekspertləri də yalnız təxminlərini irəli sürürlər.

“Təxminlərə görə, hazırda IV islam Həmrəyliyi Olimpiya Oyunları ilə əlaqədar ölkədə xaricdən gələn turistlərin sayı artıq olduğuna görə xariclə keçirilə biləcək səsli və görüntülü danışıqların yaratdığı həddindən artıq trafikin artmasının qarşısını almaq, həm də mobil operatorların gəlirlərinin qarşısını almamaq üçün bu addımı atmış ola bilərlər”, – deyə İT ekspert Vahid Qasımov iddia edir.

Onun sözlərinə görə, aidiyyatlı qurumların göstərişi ilə provayderlər tərəfindən müəyyən bloklamalar baş verə bilər.

“Rəsmi açıqlama yoxdur, provayderlərin və nazirliyin susmaları da bunu sübut edir. Çünki başqa ölkələrdə bu tətbiqlərin işləməsində heç bir problem yoxdur, yalnız Azərbaycana və Azərbaycandan zənglər olan zaman problem yaranır.”

O texniki cəhətdən belə izah edir ki, audio danışıq yazıya nisbətən 10 dəfə artıq, video isə 20-30 dəfə artıq trafik aparır. Bu səbəbdən həddin kiçik keçilməsi də artıq trafikin generasiyasına gətirib çıxara bilər.

Sosial şəbəkələrdə bu mövzuda hansı fikirlər var?

“Əziz dostlar, bu videozəng və səsli zənglərin blok olunması Baku2017 ilə əlaqədardır. İslamiadanız bitəndən sonra Skype, Messenger, Telegram, Whatsapp, Facetime və s. rahat işləyəcək”, deyə Facebook istifadəçisi Farhad Alakbarov güman edib.

“Ölkə, ölkə deyil ki. Skype və whatsapp ilə xariclə əlaqə qurmağa qadağa qoyulub. Səncanı keçib, ölkəni də bağla bilək işimizi”, Məhərrəm Rza adlı istifadəçi paylaşıb.

Bizneslərə təsiri

Problem kiçik bizneslərə də təsir edib.

Turist bələdçisi kimi çalışan Cavid Qara yazır ki, “Messenger, whatsapp, skype, telegram, viber hər şeyi sınadım alınmır. Kiçik bapbalaca bizneslə məşğuluq.

Ekoturizm və dağ, təbiət turizmi. turistlərlə ölkəyə gəlmədən öncə yazışmaq bəzən bəs etmir. Skype görüşməsi istəyirlər. Dağa gedəcəyi həyatını istirahətini etibar edəcəyi insanı şəxsən tanımaq istəyir. Əmin olmaq istəyir. İndi bu turistə necə hansı formada izah edəsən axı.

Görün indi orta və böyük biznes nə qədər çətinlik çəkir və ya əlavə xərcə gedir. Fərdi şəxslər xaricdə ailə üzvü qohumu sevgilisi olanlar nə qədər əziyyət çəkir.

Bunun adı nədir? Ümid edək ki, filterlərini tezliklə qoşub kanalları açacaqlar. İzləyin, izləyirsiz onsuz da. Heç olmasa imkan verin yaşayaq.”

Ali İsmayilov adlı istifadəçi Facebookda yazır: “Təkcə skype-a olan qadağa ilə ölkəyə xeyli maddi-mənəvi zərər dəyəcək. Məsələn, mənim tanıdığım adamlar var idi ki, xaricdə yaşasalar da, ucuz olduğu üçün Azərbaycandan skypela xarici dil dərsi götürürdülər. Bundan əlavə təbii ki, Azərbaycanda yaşayıb, xaricdən dərs götürənlər var idi. Xarici konferansa gedə bilməyib, ona onlayn qoşulan var idi və s. Və ən əsası uzaqda yaşayan Azərbaycan vətəndaşları özlərini lap yaxında hiss edirdilər. Ölkə bizi özündən tamamilə uzaqlaşdırmaq istəyir deyəsən.”

Qohumları xaricdə olanlar

Tural Ağayev adlı istifadəçi yazır ki, “Whatsapp, Skype, ardınca da Messengerlə artıq xaricdəki yaxınlarımızla danışa bilmirik. Hökümət bugün də çox əsəbiləşdi. Sabah da durub görərik, facebookun profil fotosu funksiyası yoxdur.”

Rovshan Mammadov: “Əziz qürbətdə yaşayan həmvətənlilərim. Yəqinki çoxunuz son bir neçə gündür vətənlə skype, WhatsApp, viber, FaceTime və s. ilə yaratmağa çalişdiğiniz əlaqədə problemlərlə üzləşmisiz. Bəlkə kiməsə hansısa application vasitəsilə vətənlə normal əlaqə qurmaq müyəssər olub? Lütfən, təcrübələrinizi paylaşın. Deyəsən orta əsrlərə qayıdırıq. Azərbaycana xəbərləri göyərçinin ayağina yapişdırıb , qulağına nəğmə oxuyub göndərəcəyik.”

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button