2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vilyam Hacıyevə 13 il həbs cəzası istənilib

Yayımlandı: 1 İyul 2022 14:09

Prokuror onun 6.3 milyon əmlakının müsadirə olunmasını tələb edib

İyulun 1-də İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsi yekunlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmədə prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası istəyib.

O, çıxışında bildirib ki, Vilyam Hacıyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 228 (qanunsuz silah saxlama), 311 (rüşvət alma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib.

Prokuror Vilyam Hacıyevin üzərində həbs olan 6.3 milyon manatlıq pul və əmlaklarının müsadirə olunmasını, ona veriləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Prosessual qaydalara görə, prokurordan sonra vəkil çıxış etməlidir. Lakin sabiq icra başçısının vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Ona iyulun 8-dək vaxt verilib.

Vəkildən sonra isə Vilyam Hacıyev son sözünü deyəcək, ardınca ona hökm oxunacaq.
Bugünkü məhkəmə istintaqının yekunlaşması təklif olunanda Vilyam Hacıyev və vəkili Elmar Kərimov buna etiraz edib.

Bildiriblər ki, 44 cildlik cinayət işi kifayət qədər araşdırılmayıb.

Məhkəmədə dindirilən ekspertlər vəkilin suallarına cavab olaraq deyiblər ki, onlar müstəqil şəkildə tədqiqat aparmayıblar, gedib İmişlidə obyektlərə baxış keçirməyiblər, Maliyyə Nazirliyinin yoxlama aktları əsasında rəy veriblər.

“Halbuki müstəqil tədqiqat aparılmalıydı. Bu şəkildə ekspertiza rəyi verilə bilməz”, – deyə vəkil bildirib.

Onlar təkrar ekspertiza keçirilməsini istəsələr də, məhkəmə bu barədəki vəsatətlərini təmin etməyib.

Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla həbs olunub.

O, uzun müddət DTX-nın istintaq təcridxanasında saxlanılıb.

Məhkəmə başlayanda Bakı İstintaq Təcridxanasına köçürülüb.

Sabiq icra başçısı bir müddət əvvələdək müalicə müəssisəsində saxlanılırdı.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən video- görüntülər yayımlayıb.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb.

İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub.
2020-ci ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edilib. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button