2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vilyam Hacıyev: “Ad çəkmirəm, dedilər ki, o adam deyir, qol çəkməlisən”

Əməliyyat keçiriləndə özümdə deyildim, çaşıb qalmışdım”

İmişlinin keçmiş icra başçısı, 2020-ci ilin mayından həbsdə olan Vilyam Hacıyevin dindirməsi iyunun 3-də davam etdirilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Prokurorun suallarını cavablandıran Vilyam Hacıyev deyib ki, sosial baxımından həssas təbəqə üçün tikilmiş mənzillərin pulla satılması haqda ittihamları qəbul etmir. O bildirib ki, həmin binadan başqa adamlara mənzil verilməsindən xəbərsizdir:

“2018-ci ildə 48 mənzillik sosial bina tikilməsi üçün sərəncam verilmişdi. Bununla bağlı xüsusi komissiya yaradıldı. Bütün məsələlərlə komissiya məşğul olub, mənim xəbərim olmayıb. Mənim tapşırığım belə olub ki, kimin növbəsidirsə, ona ev verilsin…”

Prokuror sabiq icra başçısında iş otağından əməkhaqqı kartlarının tapılması haqda da soruşub. O, kabinetindən belə kartların tapılması haqda deyilənlərin yalan olduğunu bildirib.

“O kartlar mənim otağımdan çıxmayıb. Əgər çıxsaydı, çəkib göstərərdilər, sübut edərdilər ki, mənim seyfimdən çıxıb”, – Vilyam Hacıyev belə deyib.

O, İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi, şəhərdə abadlıq işləri, aztəminatlı ailələrə ayrılan yardımların mənimsənilməsilə bağlı ittihamları da qəbul etməyib.

Məhkəmədə Bakıda bərbər fəaliyyətilə məşğul olan Türkiyə vətəndaşının ifadəsi də elan olunub. Məlum olub ki, həmin şəxs Vilyam Hacıyevin bərbəri imiş və sabiq icra başçısının işi üzrə istintaqda dindirilib. O, ifadəsində bildirib ki, Bakıda fəaliyyət göstərməsinə baxmayaraq, İmişlidə çalışan Vilyam Hacıyev də onun müştərisi olub: “Pandemiya dövründə – sərt qapanmalar vaxtı mənə zəng elədi ki, rayona gəlim. Dedim ki, gələ bilmərəm, yollar bağlıdır. Dedi ki, yox, gəlməlisən. Sonradan hansısa yollarla məni postlardan keçirib apardı rayona…”

Bərbərin bu ifadəsinə münasibət bildirən sabiq icra başçısı belə bir hal olmadığını deyib.

Vilyam Hacıyev tutulduğu gün şübhəli şəxs qismində imzaladığı ifadəni də qəbul etməyib. O bildirib ki, ifadədə yazılan fikirlərin ona aidiyyəti yoxdur:

“Həmin ifadədən mənim xəbərim yoxdur. O ifadəni mən verməmişəm. O ərizəni mənim yazmadığım aydın görünür. Məni tutan kimi o sənədlərə qol çəkdirdilər. Əməliyyat keçiriləndə mən çaşıb qaldım, heç özümdə deyildim. Ad çəkmək istəmirəm burada, dedilər ki, “ o adam deyir, qol çəkməlisən”. Sonradan vəkilim işə cəlb olundu. Onda yeni ifadə verdim. Xahiş edirəm, o ifadə əsas götürülsün”.

Məhkəmədə Vilyam Hacıyevə qarşı irəli sürülmüş qanunsuz silah saxlama ittihamıı üzrə ekspertiza rəyi də elan edilib. Söhbət evdən götürülmüş 6 ov silahı və 65 ədəd patrondan gedir.

Keçmiş icra başçısı həmin silahların qanuni olduğunu, patronların isə mağazadan alındığını vurğulayıb: “Mənim ovçuluq üçün icazəm var, Ovçular İttifaqının da üzvüyəm. Bütün silahlar da qanuni şəkildə, ov üçün alınıb”.

Məhkəmədə iş üzrə zərərçəkmiş qismində tanınan DOST İş Mərkəzi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri mülki iddia qaldırıblar. DOST İş Mərkəzi 274 min 894 manat, Kürdəmir Regional Mədəniyyət İdarəsi isə 31 min manat ziyanın ödənilməsini tələb edir.

Məhkəmə prosesi iyunun 6-da davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button