2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Vinçester”dən təsadüfi atəş, bilərəkdən 13 bıçaq zərbəsi – İki ölüm…

Göyçay rayonunda silahlı insident baş verib.

Hadisə axşam saatlarında Göyçay çayının kənarındakı “DSR-in kafesi” adlanan yerdə baş verib.

Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus “Vinçester” markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sumqayıtda isə 41 yaşlı qadın qətlə yetirilib.

Hadisə Novxanı bağları adlanan ərazidə qeydə alınıb.

1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızı 13 bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, tərəflər boşanma ilə bağlı məhkəmədə iddia qaldırmışdı.

24 saat” ““Vinçester”dən təsadüfi atəş, bilərəkdən 13 bıçaq zərbəsi – İki ölüm…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button