Loading...
Loading...
Dünya

Vinnitsa şəhərinə raket zərbəsində azı 12 nəfər həlak olub

Vinnitsaya atılan Rusiya raketlərinin ofis binasına, yaşayış binalarına və tibbi mərkəzə düşdüyü deyilir

İyulun 14-də paytaxt Kiyevdə 268 km qərbdə yerləşən tarixi Vinnitsa şəhərinə üç raket atılıb, azı 12 nəfər həlak olub, onlarla yaralı var.

Prezident Volodimir Zelenski hücumu “aşkar terrorçuluq aktı” adlandırıb.

Cənubda əməliyyatın gücləndirildiyi deyilir

Ukrayna qüvvələri isə ölkənin cənubunda Rusiyanın azı üç hərbi obyektini vurub, regionda əkshücumu intensivləşdirdiyini bildirir. Ukrayna 13 rusiyalı “işğalçı”nın öldürüldüyünü bildirir.

Bu həftə Xerson vilayətindəki Nova Xakovkaya da zərbə endirilmişdi. Nova Xakovda sursat deposunun vurulması nəticəsində 52 əsgərin öldürüldüyü deyilir. Şəhərə Rusiyanın təyin etdiyi administrasiya isə hücumda azı 7 dinc sakinin olduğunu bildirib.

Donetsk vilayət hərbi administrasiyasının başçısı Pavlo Kirilenko vilayətin atəşə tutulması nəticəsində üç dinc sakinin həlak olduğunu bildirib.

Vinnitsaya atılan Rusiya raketlərinin ofis binasına, yaşayış binalarına və tibbi mərkəzə düşdüyü deyilir.

370 min əhalisi olan bu şəhərin 1363-cü ildə salındığı bildirilir.

Rusiya hər gün öldürür”

“Rusiya hər gün mülki sakinləri, ukraynalı uşaqları öldürür, hərbi hədəf olmayam mülki obyektlərə raket zərbələri endirir. Bu açıq terrorçuluq aktı deyilsə, nədir?”,Zelenski onlayn postunda yazıb.

Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan tvitində Müdafiə Nazirliyinə istinadla yazıb ki, ərazidə ukraynalı hərbçilər yerləşibmiş.

İyulun 14-də Aİ-nin xarici işlər və ədliyyə nazirləri Haaqada Rusiyanın iddia olunan hərbi cinayətlərini müzakirə edəcəklər. Zelenski konfransa video bağlantı ilə qatılacaq.

Rusiya müharibədə dinc sakinləri bilərəkdən hədəfə almadığını desə də, bunun əksini göstərən video dəlillər var.

24 saat” “
Vinnitsa şəhərinə raket zərbəsində azı 12 nəfər həlak olub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Qırğız molla: Qadınlar açıq-saçıq gəzməsəydi, ət bahalanmazdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button