2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Virtual beyin həkimlərin köməyinə gəlir

Dünya əhalisinin 1 faizi epilepsiya xəstəsidir. Epilepsiya hər bir xəstədə özünü müxtəlif cür büruzə verir, çünki beynin müxtəlif şöbələri zədələnir. Hazırda diaqnostika üçün əsasən elektroensefaloqrafiyadan və maqnit-rezonans tomoqrafiyasından (MRT) istifadə edilir. Lakin onlar xəstənin beynində baş verənlərin tam mənzərəsini yaratmır. MRT-dən keçən xəstələrin yarısında heç bir pozulma müşahidə olunmur. Buna görə də xəstəliyin səbəbi sirr olaraq qalır. Beləliklə, diaqnostika problemi olduqca kəskindayanır.

AZƏRTAC “medportal.ru” saytına istinadla xəbər verir ki, Fransa alimləri epilepsiya xəstəsinin beynini modelləşdirən, xəstəliyin diaqnostikasına  və müalicəsinə kömək edəcək proqram hazırlayıb. Virtual beyin xəstəliyin necə inkişaf etdiyini və konkret halda hansı terapiyanın daha uyğun olacağını anlamağa imkan verir.

Tədqiqatçılar fərdiləşdirilmiş virtual beyin yaradıblar. Bütün modellər üçün ümumi olan bazaya xəstənin fərdi məlumatları,  o cümlədən konkret xəstədə beynin müxtəlif şöbələrinin necə təşkil olunduğu və bir-biri ilə necə birləşdiyi barədə məlumat əlavə olunur. Alimlər beyin fəallığının riyazi modellərindən istifadə etməklə, virtual beynin köməyi ilə konvulsiyanın haradan başlandığını və necə yayıldığını müəyyən ediblər. Buna əsaslanaraq, hər bir halda xəstəliyin necə təzahür edəcəyini proqnozlaşdırmaq və daha dəqiq diaqnoz vermək mümkündür.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, epilepsiya xəstələrinin təxminən 30 faizi yalnız cərrahiyyə üsulu ilə müalicə edilə bilər, çünki onların xəstəliyi artıq dərmanlıq deyil. Əməliyyat yalnız o halda səmərəli ola bilər ki, cərrah konkret halda nə etməli olduğunu yaxşı bilir. Virtual beyin həkimlərə əməliyyata hazırlaşmaq imkanı verəcək. Bu proqram vasitəsilə beynin əməliyyatlı müdaxiləyə necə reaksiya verəcəyini və əməliyyatın nəticəsini fərz etmək mümkündür. Bütün bunlara əsasən, həkimlər konkret xəstə üçün optimal olanı seçə biləcəklər.

Hazırda virtual beyin kliniki təcrübə mərhələsindədir. Alimlər onu təkcə epilepsiya deyil, insult, səpələnmiş skleroz, Alsheymer və digər beyin xəstələri üzərində təcrübədən keçirirlər. Uzunmüddətli perspektivdə tədqiqatçılar pasiyentləri məhz onların xəstəliyi üçün işlənib hazırlanan fərdiləşdirilmiş terapiya ilə təmin etmək istəyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button