2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Virus İlham Əliyevin işzizlər statistikasını üfürülmüş şar kimi partlatdı

Milli Şuranın sədri Cəmil Həsənli

Millətin ehtiyaclarından yayınmaq üçün görün bunlar hansı natəmiz əməllərə əl atırlar. Global bioloji böhran İlham Əliyevin 5 faizlik işsizlik limitini üfürülmü şar kimi partlatdı. On il idi bu yalanları xalqa danışırdı. Hər müşavirədə hesabat verirdi ki, guya bir milyon – bir milyon iki yüz min və daha artıq iş yeri açmışam. Hanı o bəyan etdiyiniz iş yerləri? İlham Əliyevin 17 il ərzində danışdığı nağılların sonunda göydən çürük alma da düşmədi. Son həftələr ərzində adamlar işsis kimi qeydiyyata düşmək istədikdə Məşğulluq Mərkəzinin elektron sistemi çökdü. 200 yüz min ədama nəzərdə tutduqları 190 manatı 600 min adama vermək məcburiyyəti qarşısında qaldılar. Bu məbləğ Ermənistanda verilən sosial paketdən iki dəfə aşağıdır. 600 min işsizə verilən iki aylıq sosial yardım (toplam 228 milyon manat) İlham Əliyevin özünə aldığı 350 milyon dollar dəyərində olan bir təyyarənin qiymətindən təxminən 2,5 dəfə azdır. Bunlara görə bir az utanmaq lazımdır, əgər utanc hissi qalıbsa.

Saytların yığılması Saytlarin yigilmasi

Diqqət edin: Məşğulluq Mərkəzinin rayon strukturları olduğu halda, niyə ölkənin bütün işsisləri yalnız bir mərkəzdə qeydiyyata düşməyə məhkum edilirlər? Dövlət yerlərdə bu mərkəzləri açıb, həmin mərkəzlərdə işçilər dövlətdən məvacib alır, həmin mərkəzlərin hamısında internet və kompyuterlər də var. Nədən uzaq bir dağ rayonunda, internetin gedib çıxmadığı bir dağ kəndində yaşayan işsiz hansısa rayon mərkəzinə gəlib kiməsə yalvarmalıdır ki, onu işsiz kimi qeydiyyatdan keçirsin. Və məlum olacaq ki, qrafik üzrə həmin rayonun növbəsi keçib və növbəti dəfə müraciət etmək üçün bir ay – ay yarım gözləmək lazımdır. Əgər o vaxta qədər yeganə qeydiyyat yeri kimi həmin mərkəzin sistemi çökməsə.

Lap Mirzə Cəlin bir felyotonunda deyildiyi kimi. İtqapanlı kəndindən Məmmədəli kişi eşşəklə hoça-hoça gəlir şəhərə ki, naçarnik divanxanasına dərdini desin. Görür divanxana bağlıdırvə məlum olur ki, Müqəddəs Pavelin xaç suyuna çəkildiyi gün olduğu üçün rus divanxanası bağlıdır. İki həftədən sonra eyni əzabla yenidən gəlir və görür ki, Müqəddəs İnnokentinin mövludu ilə bağlı yenə divanxana bağlıdır. Bəli, üç həftədən sonra yenə gəlib eşşəyi poçt idarəsinin dirəyinə bağlayıb naçarnik divanxanasına girmək istəyəndə görür ki, yenə divanxana bağlıdır və sən dimə bu gün də Müqəddəs İohanın dişinin ağriyan günü imiş. İndi İlham Əliyevin respublikada işsizləri qeydiyyata alan yeganə Məşğulluq Mərkəzi naçarnik divanxanasından da betər olub. Niyə bunlar işsizləri öz yaşadığı rayonlarda adam kimi qeydiyyata almaq istəmirlər? Çünki, məsələ belə asanlaşsa, məlum olcaq ki, ölkənin əmək qabiliyyətli əhalisinin yarıba-yarısı işsizdir. Bu halda İlham Əliyevin işsizliklə bağlı 5 faizlik uğur hekayəsi suya düçəcək. Və həm də adamlar kütləvi şəkildə işsiz kimi qeydiyyata düşdükdən sonra onları bu vəziyyətə salmış fərsiz hökumətimiz ya onlara iş verməlidir, ya da işsiz kimi müavinət. Məhz, bu öhdəliyin altına girməmək, ölkənin ən böyük sosial problemindən yayınmaq üçün Asan xidmətə aludə olan Əliyev rejimi bu məsələdə vətəndaşların işini müşkülə, yəni çətinə salır.

Biz, Milli Şura olaraq hökumətdən tələb edirik ki, bu oyunbazlığa son qoysun və işsiz insanları normal qaydada qeydiyyata alsın. Hər rayon öz Məşğulluq Mərkəzində bu bicarə insanları qeydə alıb Sahil Babayevin DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə ötürülsün. Axı, bu DOST təkcə rekalam üçün deyil, bir az da işləmək lazımdır. Əks təqdirdə 5 il ərzində sayı 31-ə çatdırılacaq bu DOST Agenliklərinə çəkilən xərcləri də gündən-günə çoxalan işsizlərə müavinətlər kimi vermək lazım gələcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button