2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vitali Balasanyan yeni yolun tikintisi ilə tanış olduğunu deyib

Yayımlandı: 11 Avqust 2022 16:30

Görüşdə Rusiya və Azərbaycan hərbçilərinin nümayəndələri də iştirak edib

Tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın (erməni tərəf Artsax adlandırır) “Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan Rusiya sülhməramlı kontingentinin və Azərbaycan hərbçilərinin nümayəndələri ilə birlikdə Laçında olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Artsakhpess.az” saytının yaydığı məlumatda deyilir ki, səfər barədə Balasanyanın ofisindən məlumat verilib. Bildirilir ki, Laçın şəhərinə (ermənilər Berdzor adlandırır) səfər 9 noyabr 2020-ci il tarixli müqavilə çərçivəsində nəzərdə tutulan Dağlıq Qarabağı (Artsax) Ermənistanla birləşdirən yeni marşrutun tikintisinin gedişi ilə tanış olmaq üçün həyata keçirilib.

Görüşün nəticəsi barədə heç bir məlumat verilməyib.

Azərbaycan bu görüş barədə məlumat yaymayıb.

Laçın, yeni yol. Mənbə: “aayda.gov.az”

Avqustun 11-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilirdi ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisi yekunlaşıb.

Laçın rayonu 1992-ci ilin mayında Ermənistan ordusu tərəfindən işğal edilmişdi. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarılır. Hazırda Ermənistanla Xankəndi arasında əlaqə Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Dəhlizə sülhməramlı missiyası ilə gələn Rusiya hərbçiləri nəzarət edir.

Yeni yolun 10 kilometri Ermənistanın ərazisinə düşsə də, ölkə hələ tikintiyə başlamayıb. Son 30 ildə Laçında məskinlaşan erməni əhalisinə isə şəhəri boşaltmaları tapşırılıb. Onlar Laçını tərk etmək istəmədiklərini bildiriblər, bununla bağlı etiraz aksiyası keçiriblər. Həmin əhalinin hara köçürülməsi haqqında məlumat verilməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button