2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Vəkilləri Əli Kərimli ilə hələ görüşə bilməyib – ÖZƏL

Əlı Kərimlinin saxlanılmasından 24 saat keçməsinə baxmayaraq, hələ də onun vəkilləri ilə görüşməsinə şərait yaradılmayıb.

24saat.org xəbər verir ki, qüvvədə olan qanunvericiliyə görə inzibati işlər üzrə məhkəmə baxışı şəxsin saxlanılmasından 24 saatdan gec olmayaraq reallaşmalıdır.

Xatırladaq ki, AXCP sədri Əli Kərimli və partiyanın onlarla üzvü 17 Noyabr 2018-ci il tarixində Milli Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Gecə saatlarına qədər saxlananların əksəriyyəti, o cümlədən də Milli Şura sədri Cəmil Həsənli sərbəst buraxılsa da, AXCP sədri Əli Kərimli və bir neçə cəbhəçi hələ də polis idrəsindədir.

Saytların yığılması Saytlarin yigilmasi

BŞBPİ məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci  maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilməsi əksini tapıb.

[su_tabs active=”1″ vertical=”yes”][su_tab title=”İXC – 513.1 – tıkla oxu” disabled=”no” anchor=”” url=”” target=”blank” class=””]Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə – fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.[/su_tab] [su_tab title=”İXC – 513.2 – tıkla oxu” disabled=”no” anchor=”” url=”” target=”blank” class=””]“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə – üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur.[/su_tab][/su_tabs]

AXCP sədrinin saxlanılmasına etiraz olaraq Milli Şura, AXCP bəyanatla çıxış edib. Həmçinin beynəlxalq mətbuat orqanları və bir çox siyasətçi də həbsi pislədiyini bildirib.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button