SEÇMƏ

Vladimir Putin: “Açıq demək lazımdır, hər şey razılaşdırılmayıb”

Yayımlandı: 31 Oktyabr 2022 23:48

Soçidə keçirilən üçtərəfli görüş yekunlaşıb

Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol PaşinyanRusiya Prezidenti Vladimir Putinin oktyabrın 31-də Soçidə keçirilən görüşü başa çatıb. 

Görüşdən sonra açıqlama verən Vladimir Putin deyib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə üçtərəfli görüş 2 saatdan artıq sürüb. O, eyni zamanda hər iki ölkənin nümayəndə heyəti ilə də görüşdüyünü deyib.

Rusiya prezidenti görüşün faydalı keçdiyini, gələcək mümkün razılaşmalar üçün yaxşı mühit yaradıldığını bildirib:

“Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açığını demək lazımdır ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi”.

“Mən belə bir ümumi qiymətləndirmə ilə razıyam ki, görüş faydalı olub və ümumilikdə vəziyyətin tənzimlənməsi istiqamətində sonrakı addımların atılması üçün şərait yaradılıb”, – Putin vurğulayıb.

Putin deyib ki, əvvəlki üçtərəfli görüşlərdə prinsipial məsələlər üzrə razılıq əldə olunmuşdu və bundan sonra da əldə edilə bilər. O, həmkarlarına təşəkkür edib və gələcəkdə belə üçtərəfli görüşlərin davam etdiriləcəyini vurğulayıb.

“Azərtac”ın məlumatına görə, Vladimir Putin deyib ki, bu görüşün məqsədi 2020-ci və 2021-ci illərdə nail olduqları bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir:

“ Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm.

Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək”.

«Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”, – Rusiya prezidenti deyib.

İlham Əliyev isə deyib ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.

“Azərtac”ın yazdığına görə, İlham Əliyev Putinə artıq Qarabağ münaqişəsinin tarixdə qaldığını deyib:

“O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”.

Gözdən qaçırmayın:  Keçmiş OMON-çu 29 il əvvəl baş vermis qətldə ittiham olunur

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button