2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

VPN-lər ‘datanı oğurlayır, batareyanı yeyir’. Kampaniya, yoxsa…

“The Times” qəzetinin yazdığına görə, mayda 24 milyon rusiyalı, yetkin yaşlı internet istifadəçilərinin 25 faizə yaxını VPN-dən yararlanıb. İşğaldan öncə bu rəqəm 1.6 milyon idi

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyada fəallar əhalini VPN-lərdən istifadədən çəkindirmək üçün nəhəng sosial media kampaniyasını aparıldığını deyirlər. VPN-lər istifadəçilərə bloklanmış vebsaytlara giriş imkanı verir. Ölkədə bu saytların sayı artdıqca influenserlər və regional rəsmilər də bir-birinə oxşar postlar yerləşdirirlər.

On il öncə Rusiya hökuməti 261 vebsaytı bloklamışdı. Ötən il bu rəqəm 70 mini keçib. Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan isə 5 min 400-dən çox sayt bloklanıb.

24 milyon rusiyalı…

Buna cavab olaraq rusiyalılar virtual özəl şəbəkələrə – VPN-lərə üz tuturlar. “The Times” qəzetinin yazdığına görə, mayda 24 milyon rusiyalı, yetkin yaşlı internet istifadəçilərinin 25 faizə yaxını VPN-dən yararlanıb. İşğaldan öncə bu rəqəm 1.6 milyon idi.

AppMagic bazar araşdırmaları xidməti isə təkcə iyulun ilk üç həftəsində rusiyalıların 12 milyon dəfədən çox VPN yüklədiyini bildirir.

Prezident Vladimir Putin əvvəllər deyirdi ki, birbaşa qadağalar internetdən istifadəni məhdudlaşdırmaq üçün yaxşı yol deyil, dövlət öz məqsədlərinə daha ağıl və fərasətlə nail olmalıdır. 2017-ci ildə VPN-lərin bloklanmış saytlara giriş verməsi qanunla qadağan olundu. Hökumət artıq ölkədə 20-dən çox VPN xidmətini bloklayıb.

İndi isə fəallar deyirlər ki, rusiyalıları VPN-lərdən çəkindirmək üçün yumşaq güc təşəbbüsü işə salıb.

“2022-ci ilin problemi”

46 min izləyicisi olan bloger Batya-Qoda iyulun 6-da sosial media postunda yazıb ki, VPN onu cəmi 20 dəqiqə xoşbəxt edib, sonra hər şey kəllə-mayallaq gedib. “Digər tətbiqlər donub qaldı, batareyam sürətlə boşaldı, İnternetə çıxışım zəiflədi. IT sahəsindəki dostum dedi ki, VPN-lər, xüsusilə də pulsuzlar istifadəçi datasını satırlar”.

VPN-ləri “2022-ci ilin problemi” adlandıran bloger sonradan postu silib.

VK sosial media şəbəkəsi və digərlərində VPN-ləri pisləyən onlarla post yayılıb. Yerli hökumət rəsmiləri də bu addımı atıblar.

Akademik, hökumətin məşvərətçi qurumu olan İctimai Palatanın üzvü Nikita Danyuk bu ay saysız kremlpərəst media qurumlarına müsahibəsində data oğurluğu haqda xəbərdarlıq edir, VPN-ləri cinayətkar aləmin “boz kardinalları” adlandırırdı.

“Rusiyalılar anlamalıdırlar ki, VPN-lərin götürdüyü data Rusiyada qalmır, müxtəlif əllərə, o cümlədən fırıldaq zəng mərkəzlərinə, casus agentliklərinə və digərlərinə gedib çıxa bilər”, – Danyuk deyib.

OTF-in ayırdığı milyonlar

İyulun 20-də kremlyönlü “Gazeta.ru” Federasiya Şurasının texniki müşaviri Artyom Gellerə istinadla yazırdı ki, ABŞ “digər ölkələrdə istifadəçilərin datasına çıxış əldə etmək”, xaricdə internet üzərində “ideoloji təzyiq” üçün pulsuz VPN xidmətlərini maliyyələşdirir.

Geller Açıq Texnologiya Fondunun (OTF) adını çəkirdi. Bu qeyri-kommersiya qurumu ABŞ Qlobal Media Agentliyindən (USAGM) maliyyələşir. AzadAvropa/AzadlıqRadiosu və ABŞ-ın bir sıra beynəlxalq yayımçılarına da bu agentlik nəzarət edir. OTF İnternetə çıxışın genişləndirilməsini dəstəklədiyini bildirir.

“Reuters”in iyunda açıqladığı hesabata görə, fevralın 24-də Ukraynanın işğalı başlayandan OTF üç VPN şirkətinə bir neçə milyon dollar ayırıb.

OTF Prezidenti Laura Kaninqhem bu dəstəyin vacib olduğunu deyir, çünki “Rusiya hökuməti həqiqəti pərdələmək və narazıları susdurmaq üçün vətəndaşların internetdə nəyi görmək, nə demək istəmələrini senzura etməyə cəhd göstərir”.

Nə baş verir

Rusiyanın informasiya azadlığı üzrə fəalları anti-VPN kampaniyasının pərdəarxasından danışırlar.

“İnanmıram ki, hakimiyyət birdən-birə çoxlu data oğurluğu sezib və adamları qorumaq qərarına gəlib. Çox güman, onlar daha çox adamın VPN-ə üz tutduğunu duyaraq əsas elektorata təsir göstərmək qərarına gəlib. Bu adamların texnologiyadan çox başı çıxmır, nəyin həqiqət olub, nəyin olmadığını yaxşı bilmirlər”, – “Roskomsvoboda” internetin monitorinqi qrupunun başçısı Stanislav Şakirov deyib.

Ancaq Şakirov da bəzi pulsuz VPN-lərin istifadəçi datasından istifadə etdiyini söyləyir.

24 saat” “
VPN-lər ‘datanı oğurlayır, batareyanı yeyir’. Kampaniya, yoxsa…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button