2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

VTB (Azərbaycan) meşələrin bərpasında Türkiyəyə dəstək olacaq

VTB (Azərbaycan), Azərbaycan Banklar Assosiasiyasının (ABA) Türkiyədə yanğınlar nəticəsində məhv olan meşələrin bərpası təşəbbüsünə qoşulub.

Hər bir bank əməkdaşı ölkədə 5 ağacın əkilməsinə kömək edəcək. Ümumilikdə, VTB (Azərbaycan) meşə fondunun bərpasına kömək etmək üçün Türkiyəyə 1820 ədəd fidan bağışladı.

“VTB ətraf mühitin mühafizəsi layihələrinin inkişafını hədəfləyib. Buna görə də, ABA-nın təşəbbüsünü dəstəkləmək və yanğınlardan zərər çəkən meşə sahələrinin bərpasına öz töhfəmizi vermək qərarına gəldik. Meşələr planetimizin “ağ ciyərləridir” və əkilən hər ağac təbii sərvətlərin qorunması yolunda atılan əhəmiyyətli bir addımdır”, – deyə, VTB (Azərbaycan)-nın  İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edən Yevgeni Borodin bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün

İyulun 28 -də başlayan yanğınlar Türkiyənin təbiətinə, ekosisteminə və meşə ehtiyatlarına ciddi ziyan vurub. Azərbaycan Banklar Assosiasiyası, Türkiye Bankalar Birliğinin yanğından zərər çəkmiş Türkiyənin meşə fondunun bərpası təşəbbüslərindən birinə qoşuldu və hər bank işçisindən 5 ədəd fidan bağışlamağa qərar verdi.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button