2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Vuhanda 11 milyon sakin testdən keçirilib

Çinin mərkəzində yerləşən Vuhan şəhərinin hakim orqanları 11 milyondan çox sakinin COVID-19 testindən keçirildiyini bildirirlər. Koronavirus pandemiyasının ilk olaraq bu şəhərdə başlandığı ehtimal olunur. Son vaxtlar yoluxmalarda artım müşahidə olunurdu.

Vuhanın aparıcı rəsmisi Li Tao avqustun 8-də deyib ki, beş gün öncə başlanmış testlər şəhərin yaşı 6-dan aşağı uşaqları çıxmaqla bütün sakinlərini “əsasən tam əhatə edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Kütləvi testlərin son raundunda COVID-19-a 37 yerli səviyyədə keçmiş yoluxma və 41 yerli asimptomatik virus daşıyıcısı aşkarlanıb. Bunu Xinhua dövlət xəbər agentliyi yazıb.

2800 test məntəqəsinə 28 mindən artıq tibb işçisi cəlb olunub.

Vaksinlər tam təsdiqlənə bilər

Birləşmiş Ştatlarda isə yoluxucu xəstəliklər üzrə aparıcı ekspert Entoni Fauçi avqustun 8-də deyib ki, Ərzaq və Dərman Administrasiyasının (FDA) ayın sonunadək koronavirusa qarşı aparıcı vaksinləri tam təsdiqləyəcəyini gözləyir.

Onun sözlərinə görə, belə bir addım məktəblər və universitetlərdə, həmçinin özəl sektorda vaksinlə bağlı tələb qoyulmasına yol açar.

FDA hələlik, Pfizer, Moderna və Johnson & Johnson vaksinlərini təcili istifadə üçün təsdiqləyib. Pfizer vaksininin tezliklə tam təsdiqlənəcəyi gözlənilir.

“Proqnoz vermirəm, ümid edirəm ki, bu, bir neçə həftəyə baş verəcək. Ümid edirəm, avqust ayı ərzində baş verəcək”, – Fauçi FDA-nın gözlənən addımı haqda deyib.

“Bu halda yerli müəssisələr, kolleclər, universitetlər, bizneslər səlahiyyət sahibi olacaqlar və bunu güclü şəkildə dəstəkləyirəm. Vaxtı çatıb… Adamların peyvənd olunması üçün əlavə addım atmalıyıq”, – o vurğulayıb.

Britaniyada PCR testinin qiymətinə baxılacaq

Britaniyanın rəqabətliliyə nəzarət edən qurumu isə bildirib ki, səyahətçilər üçün COVID-19 testinin qiymətini nəzərdən keçirəcək. Hökumətin məcburi etdiyi testlərin bahalığının adamların tətilə getməsini əngəlləməsi ilə bağlı şikayətlər var.

Əksər səyahətçilərdən tələb olunan PCR testlərinin qiyməti 75 funt sterlinq (104 dollar) civarındadır. Dörd nəfərlik ailə üçün bu, 300 funt sterlinq (416 dollar) deməkdir. Amma bəzi provayderlərin daha çox pul aldığı bildirilir. Özəl şirkətləri əhatələyən hökumət vebsaytında qiymət 17 funt-sterlinqlə (24 dollar) 250 funt-sterlinq (347 dollar) arasında dəyişir.

Səhiyyə naziri Sacid Cavid deyib ki, Rəqabət və Bazarlar İdarəsindən firmaları yoxlamaqla “ədalətsiz bazar təcrübəsi” ilə mübarizə aparmasını istəyib.

“Adamlar ailələrini görmək, yaxud sadəcə dincəlmək üçün tətilə çıxa bilməlidirlər, PCR testlərinin aşırı qiyməti onları bundan çəkindirməməlidir”, – o, Twitter-də yazıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button