Gündəm

Vülkan püskürdü, əkin sahələrini basdı


Yanvarın 24-də Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürüb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan bildirilib. Məlumata görə, hazırda institut əməkdaşları vulkan püskürən əraziyə ezam olunublar.

Yerli sakinlərdən Eminalı Məmmədov AzadliqRadiosuna deyib ki, ilk dəfədir vulkan püskürməsi əkin sahəsində baş verir:

“Əvvəllər vulkan bir kilometr əkin sahələrindən kənarda olardı, tarixən beləsi olmamışdı. Nəticədə təxminən 7 nəfərin əkin sahəsinə ziyan dəyib. Daha çox çatlar və çöküntülər var, təxminən 10 hektara yaxın”.

E.Məmmədovun vurğulamasına görə, onun da 3 hektar ərazisinə ziyan dəyib. O bildirib ki, dövlət orqanları onlara dəymiş ziyanla maraqlanıblar.

Xatırlatma

Quşçu palçıq vulkanı Azərbaycanın Şamaxı rayonun Quşçu kəndinin ərazisində yerləşir. Vlkanın ilk püskürməsinin 1913-cü ildə qeydə alındığıaçıqlanıb. Quşçu vulkanının son 200 il ərzində 15 dəfə püskürdüyü bildirilir. Verilən məlumatlara görə, ən güçlü püskürmələri 1917, 1941 və 1992-ci ildə qeydə alınıb. Bu vulkan 2018-ci ilin yanvarında və 2019-cu il fevralında da püskürmüşdü.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button