2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Vüqar Bayramov: Dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir

“Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən, əslində, ötən ay valyuta bazarı üçün sakit oldu. Dollara tələbin azalması gözlənilən idi”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O deyib ki, avqustda idxalın artması səbəbindən dollara tələb yüksəlsə də, sentyabrda tələbin azalması gözlənilən idi: “Çünki idxalçılar, adətən, böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib”.

V.Bayramov qeyd edib ki, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir: “Bu, idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də, xarici səfərlərin sayının artması ilə əlaqədardır. Dekabr manatın məzənnəsi üçün vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button