2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vüqar Səfərlinin işi məhkəmədə

Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxsləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Söhbət Fondun keçmiş icraçı direktoru Vüqar Səfərlidən, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxsdən gedir. İstintaq işində dövlət satınalmalarına dair qanunvericiliyin tələblərini pozma, tikinti normalarına əməl olunmamaqla iş həcmlərini və qiymətləri şişirtməkdən bəhs edilir. Habelə, cinayət yolu ilə əldə edilən 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yarandığı iddia edilir: “Vüqar Səfərli və digərlərinə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla ), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib”.

“Maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib”

Həmçinin bildirilib ki, ibtidai istintaq zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib: “Habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub”.

Hələlik, bu açıqlamaya sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

V.Səfərli ötən il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən çıxarılıb. Baş Prokurorluq bildirmişdi ki, bu fondla bağlı araşdırma aparılıb, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması,… və yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu ilin əvvəlində – yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən isə, bu fondun əvəzində “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

24 saat” “Vüqar Səfərlinin işi məhkəmədə” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button