Now Reading:
Vüsalə Mahirqızı 24saat.org-un APA TV ilə bağlı xəbərini təsdiqlədi

“İyun ayının sonundan etibarən televiziyada verilişlərin yayımı dayandırılacaq”

Azərbaycanın böyük media holdinglərindən sayılan “APA Holding”də yaxın günlərdə yenidən ixtisarlar gözlənildiyi barədə xəbər yaymışdıq. 24saat.org –a daxil olan məlumatda bildirilirdi ki, Bakı Gömrük İdarəsində baş verən son islahatlardan sonra bəzi media şirkətləri maliyyə problemi ilə üz-üzə qalıb.

Sözügedən holdinq Dövlət Gömrük Komitəsindən aylıq dotasiyanı ala bilmədiyindən işçiləri ixtisar etmək məcburiyyətində qalıb. Amma, vəziyyət düzəlməyib, holdinq fəaliyyətini normallaşdıra bilməyib.

Ötən gün isə, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı daha kəskin qərar qəbul edərək “APA TV”nin canlı efir fəaliyyətini dayandırmağı əmr edib. TV əməkdaşlarından əldə etdiyimiz məlumatda deyilir ki, holdinqin kulislərində hazırda texniki işçilərin işdən çıxarılması danışılır.

24saat.org xəbər verir ki, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı məsələyə münasibət bildirib. O bildirib ki, APA TV-nin fəaliyyətini dayandırmasından söhbət getməsə də, iyun ayının sonundan etibarən televiziyada verilişlərin yayımı dayandırılacaq. “APA TV tam internet televiziya üslubunda fəaliyyətini davam etdirəcək və əsas prioriteti xəbərlərin hazırlanması olacaq. Televiziyanın xəbər xidməti daha da genişləndirilir və yeni konseptə keçirilir” – deyə, V.Mahirqızı bildirib.

Vüsal

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.