2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vüsal Novruzovun “fövqəl” dosyesi: Gömrük generalının yüksəlişdən enişədək keçdiyi yol…

Yenə də Novruzov-media münasibətlərini baş mövzu kimi tutaraq bildirək ki, paytaxtın baş gömrükçüsü mətbuata ən qapalı məmurlar sırasındadır. Belə ki, uzun axtarışlarımızdan sonra V.Novruzova aid bir müsahibə və bir təkzib mətninə rast gəldik. Müsahibəni bir kənara qoyaq. Son illər ərzində gömrük generalının mediada adı hallanmayan qalmaqal olmayıb. Adam hər şeyə susub, sadəcə bu günlər qızıl-zinət əşyaları və bahalı avtomobillərlə bağlı təkzibə imza atıb. Olsun. Hesab edək ki, cənab generalımızın mediaya qarşı olan buzları tədricən əriyir və bundan sonra iddialara gərəkən reaksiya veriləcək. Biz isə savash.org olaraq media üzərindən araşdırmalarımız sayəsində əldə etdiyimiz faktları sizin də diqqətinizə çatdırmağı vacib bildik. Gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Gömrük generalının qısa portreti
Mediada yer alan və təkzib olunmayan yazıların birində Bakı Baş Gömrük İdarəsinin rəisinin portreti belə cızılır: “Vüsal Novruzov sıradan gömrük genaralı və ya idarə rəisi deyil. O, nazir Kəmaləddin Heydərova qeyri-rəsmi bağlı olan şirkətlərin mühasibatlığını da apardığından “əli daha güclü” sayılır. Hazırkı İqtisad Universitetinin məzunu olan gömrük generalı hər ay Qəbələyə şirkətlərin hesab-kitabını aparmaq üçün təşrif buyurur. Onun xidməti bununla da bitmir. Vüsal Novruzov eyni zamanda Gömrük Komitəsində “yeni bir komitə” kimi fəaliyyət göstərir. Onun bəzi gömrük generalları haqda kompromat toplaması və bunları hamisinə ötürməsi haqda da gömrükdə ciddi şübhə və narahatçılıqlar da var”.

Yumurta qalmaqalı və iki generalın qarşıdurması
Məlumat üçün bildirək ki, V.Novruzovun adı hələ 2011-ci ildə yumurta olayı zamanı dillər əzbəri olmuşdu. Belə ki, o zaman general Bəylər Əyyubovun inhisarında olan yumurtanın qiymətinin qaldırılması İlham Əliyevi bərk əsəbiləşdirmiş və ölkənin yumurta ilə təchizatını digər general Kəmaləddin Heydərova tapşırmışdı. Kəmaləddin Heydərov isə bu işin icrasını Vüsal Novruzova həvalə etmişdi. O zaman mediada yayılan məlumatlara istinadən Savash.org bildirir ki, Bakı Gömrük İdarəsinin şefi də Bəylər Əyyubova məxsus olduğu iddia edilən malları ölkəyə buraxmamışdı. Nəticədə Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov ağ rəngli “BMW X6″ markalı avtomobillə rəisə məxsus 10 AZ 720 dövlət nömrə nişanlı xidməti maşını saxlamış və maşında olan şəxsi döymüşdü. O zaman döyülən şəxsin Vüsal Növruzov olduğu öz təsdiqini tapmasa da olay ölkədə geniş rezonans doğurmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi

Orucəli Hacıyevlə işbirliyi-sement monopoliyası
Vüsal Növruzovun adı mediada digər bir məqamla bağlı da tez-tez hallanıb. Bu isə V.Novruzovun ölkədəki sement satışını monopoliyaya alması ilə bağlıdır.. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir.
Oxuculara maraqlı olar ki, O.Hacıyev kimdir? O.Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirməməyə başladı.Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi. Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Onun V.Novruzovla ortaq biznesi də elə bu andan başlayır. Belə ki, O.Hacıyev V.Novruzovla birgə qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başladı.

Qumar və villa söhbəti
Media üzərindən aparılan araşdırmalarda Savash.org olaraq rastlaşdığımız məlumatlar sırasında gömrük generalının qumar həvəskarı olması da diqqət çəkir. Həmin məlumatda bildirilir: “Bakı Gömrük İdarəsinin rəisi qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedərək qumar oynayır və öz kefi üçün xərcləyir. Alınan məlumata görə, son gedişində o, 5 milyon dollar uduzub. Rəis uduzduğu pulun yarısını verdiyindən gürcülər tərəfindən təhdid edilib və qısa zaman kəsiyində ondan yerdə qalan pulun ödənilməsi tələb olunub”. Bundan başqa, mediada yayılan məlumatlara görə, V.Novruzov Novxanıda özünə əzəmətli bağ evi tikdirib: «Vüsal Novruzovun Novxanıda iki bağ evi var. Həmin bağ evlərinin arasında isə 1990-cı illərin əvvəllərində Gəncə şəhərinin icra başçısı vəzifəsində çalışmış Rasim Daşdəmirovun bağı yerləşir. İdarə rəisi həmin bağ evini almaq üçün 2 milyon manat təklif etsə də, Rasim Daşdəmirov irəli sürülən təkliflə razılaşmayıb. Sonradan villa daha baha qiymətə alınıb”

Novruzovun enişi
Bütün bu məlumatlardan sonra bildirək ki, artıq V.Novruzovun timsalında daha bir oliqarxın sonunun başlanğıcıdır. Belə ki, gömrük sistemində bu ilin əvvəlindən başlanan, ancaq cəmiyyət üçün “qapalı saxlanılan oyun”lar səbəbsiz deyil. Və sərt islahatın başlanacağının xəbərçisidir. Gömrük generallarının bir-birinə olan münasibətləri xüsusunda gömrükdə baş verən, ölkənin iqtisadi inkişafını dərindən zədələyən monopolist addımlar və sair hallar sistemdə ciddi islahatları qaçılmaz duruma gətirib. Bu islahat anonsunun günü gündən ciddiləşməsi fonunda isə gömrük generallarından bəzilərinin “budanacağı”na da şübhə olunmur. Onların arasında xüsusiylə gömrük komitəsi sədrinin 1-ci müavini Səfər Mehdiyevə qarşı açıq və gizli fəaliyyəti ilə seçilən həmkəndlisi, gömrüyün “qara və qaranlıq qutuları”ndan ən ciddisi sayılan Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük generalı Vüsal Novruzovun adı da son bir neçə ayda önə çıxmağa başlayıb.
Hansı ki, o, aprel-may aylarına qədər sədr Aydın Əliyevə, 1-ci müavin Səfər Mehdiyev və digər müavinlərə də meydan oxuyurdu. Hətta onun Səfər Mehdiyevi qeyri-rəsmi toplantıda “fakt qarşısında qoyaraq, əsəblərini gərilmə nöqtəsi”nə çatdırdığı da dövriyyəyə buraxılmışdı. Bunun hansı niyyətdən dövriyyə buraxılması başqa mövzunun söhbətidir. Hələlik bilinən odur ki, Vüsal Novruzovun Səfər Mehdiyevi “gözdən salma” cəhdi də özünə baha başa gəlməkdədir. Bəli, qəfil yüksəlişin daha kəskin enişi olduğunu da unudan Vüsal Novruzov indi azadlığını necə qoruyacağını düşünür…” Bununla bağlı Savash.org-u məlumatlandıran mənbə bildirir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi postunu məhz nazir Kəmaləddin Heydərova bağlı olan 300-dən çox şirkətin mühasibat işlərini aparmaqla qoruduğu sirr olmayan Vüsal Novruzov artıq çox sürətlə enişə doğru gedir: “Bir neçə ay bundan əvvələ qədər gömrük sədri və müavinlərinə meydan oxuyan, bəzi hallarda isə ümumuyyətlə, rəsmi törənlərdə belə məhəl qoymayan Vüsal Novruzov artıq əvvəlki qüdrətini xeyli dərəcə itirib. İndi o, nəinki vəzifəsini böyütməyi düşünmək durumundadır, hətta yaxın gələcəkdə həbs ediləcəyindən də ciddi qorxu keçirməyə başlayıb”.

Kəmaləddin Heydərova qarşı?
Məlumatlı şəxs Vüsal Novruzovun ətrafında dönən təhlükəli durumdan da söz açıb. Hətta onun bu yaxınlarda ciddi basqıya məruz qalması haqda da sensasion iddia irəli sürüb. Bu haqda Savash.org-a təfərrüatli məlumat verilsə də, hələlik buna da toxunmuruq. Ancaq mənbə israrla billdirir ki, Vüsal Novruzovun istər Kəmaləddin Heydərovun şirkətləri, istərsə də rəhbərlik etdiyi idarədəki vəziyyəti ürəkaçan deyil: “Bir müddət əvvəl nazir Kəmaləddin Heydərov “Gilan Holdinq”də yoxlama apartdırdı. Orada “itirilən” bir neçə milyon dollar üzə çıxarılanda isə “qara mühasibatlıq” üzrə peşəkar olduğundan dəm vuran Vüsal Novruzov bu pulun necə oğurlanmasını öyündüyü peşəkarlıqla deyil, hiyləgər siyasi manevrlə özündən kənara itələyə bildi. Düzdür, ara yerdə bir neçə şəxs “yandı”. Ancaq bu o demək deyil ki, Kəmaləddin Heydərova məxsus olduğu deyilən 300-dən çox şirkətin mühasibatlığında hər şey qaydaya salındı…”.
Vüsal Novruzovun Azərbaycan mediasında xüsusi təsirə çevrildiyini də deyən müsahibimiz bu haqda da olduqca sensasion aşıqlamalar verib. Onun sözlərinə görə hamisi olan nazir Kəmaləddin Heydərov, gömrük sədri Aydın Əliyevdən çox, özünün mətbuatda “vurulması”nı əngəlləməyə çalışan paytaxtın gömrük rəisi Azərbaycan mətbuatına 3 müxtəlif xətlə təsir göstərməyə çalışır: “O, bir neçə ildir bu prosesi həmin xətlə davam etdirir. Hələlik onun media şəbəkəsi və buradakı dəstəsi haqda danışmaq istəmirəm. Ancaq onu dəqiq bilin ki, son aylar başının üzərində fırlanan qara buludlar onun media ilə “əməkdaşlığı”na da çox kəskin təsir edəcək…”.

Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button