2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vyanada hasilatın azaldılması yenidən müzakirəyə çıxarılır

Energetika naziri Natiq Əliyev Vyanaya gedir.

Nazir OPEC-ə (neft ixrac edən ölkələr) üzv və qeyri-üzv dövlətlərin Vyanada keçiriləcək növbəti toplantısına qatılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda Energetika Nazirliyi məlumat verir.

Məlumatda bildirilir ki, səfər proqramına nazirin OPEC-in baş katibi Mohammad Sanusi Barkindo və Birgə Monitorinq Komitəsinin rəhbəri Əssam əl-Marzuk ilə görüşlər də daxildir.

OPEC-in mayın 23-dən 25-nə kimi keçiriləcək toplantısında hasilatın azaldılması ilə bağlı Vyana razılaşmasının icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempi ilə əlaqəli hesabat müzakirə ediləcək.

Toplantıda əsas müzakirə mövzusu hasilatın azaldılması ilə bağlı sazişin müddətinin uzadılması olacaq.

Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi aydındır. Natiq Əliyev səfər öncəsi bildirib ki, hasilatının azaldılması ilə bağlı Vyana razılaşması tarixi qərar olub.

“Yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin uğurlu nəticəsini təmin etmiş oldu”, – nazir bildirib.

O, vurğulayıb ki, Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var.

“Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da bazarda qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır”- deyə Natiq Əliyev bildirib.

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş bu ilin birinci yarısından ötrü bağlanıb.

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button