2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Whatsapp-da avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq

    Whatsapp tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasını təkmilləşdirməyə davam edirlər. Qeyd etmək lazımdır ki, Whatsapp-da sözügedən funksiya 2020-ci ildə istifadəyə verilmişdi və onun vasitəsilə açılmış çatlardakı mesajlar təyin edilmiş müəyyən vaxtdan sonra avtomatik olaraq silinirlər. İstifadəçilər öz istəklərinə uyğun olaraq mesajların silinmələri üçün 24 saat, 1 həftə və 90 gün zaman təyin edə bilərlər. İndi isə məlum olub ki, messencer daxilində avtomatik olaraq silinən bəzi mesajların yaddaşda saxlanması funksiyası test edilir. Test edilən funksiya sayəsində seçilmiş bu cür mesajların avtomatik olaraq silinmələrinin qarşısını almaq olacaq. Bu, xüsusən kimsə tərəfindən sizə vacib məlumat və ya ünvan göndərildiyi halda çox faydalı ola bilər. Belə ki, istifadəçi bu cür vacib mesajların avtomatik silinmələrinin qarşısını alaraq onlardan yararlana biləcək. Qeyd etmək lazımdır ki, yaddaşda saxlanılan bu cür mesajlar messencer daxilindəki xüsusi bölmədə yerləşəcəklər. Bu yeni funksiyanın stabil Whatsapp versiyalarında nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Whatsapp-da avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button