Loading...
Loading...
Texnologiya

Whatsapp-dan YENİLİK – FOTO


1 ay bundan öncə Whatsapp çatlardan kənarda səsli mesajlara qulaq asmaq imkanını test etməyə başlamışdı.

Lent.az “technote”a istinadən xəbər verir ki, ndi isə messencer bu imkanı iOS istifadəçiləri üçün aktivləşdirib.

Whatsapp-ın 22.4.75 versiyası səsli mesajlara və audio fayllara çatlar xaricində qulaq asmağa imkan verir. Bununla belə istifadəçi bir çatdakı səsli mesaja qulaq asa-asa digər çata daxil olub ünsiyyətini davam etdirə bilər.

Bu halda səsli mesajı dayandırmağa ehtiyac qalmayacaq.

İstifadəçinin bir çatdakı səsli mesaja və ya audio fayla qulaq asa-asa digər çata daxil olduğu zaman səsli mesajın və ya audio faylın oxudulduğu kiçik player pəncərəsi ekranın yuxarı hissəsində yerləşəcək. Beləliklə istifadəçi öz istəyinə uyğun olaraq səsli mesajı və ya audio faylı dayandıra və ya yenidən oxuda biləcək. Whatsapp 22.4.75 App Store-da artıq bütün istifadəçilər üçün aktivdir. Lakin səsli mesajlara çatlar xaricində qulaq asmaq imkanı hələ hamı üçün aktiv olmaya bilər. Belə ki, messencer öz yeni funksiyalarını tədricən hamı üçün istifadəyə verir.

24 saat” “
Whatsapp-dan YENİLİK – FOTO
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Lenovo şirkəti Lenovo Legion Y90 adlı yeni gamer smartfonunu təqdim edib - QİYMƏTİ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button