Now Reading:
“WhatsApp” istifadəçiləri qəzəblənəcək – REKLAMLAR BAŞLAYIR

Dünyanın ən populyar messenceri olan “WhatsApp”da növbəti yenilik tətbiq olunacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, messencerdə reklamlar təqdim olunmağa başlanacaq.

Bunu proqramçılar üçün keçirilən “Facebook F8” konfransında “Facebook”un vitse-prezidenti David Markus deyib. “Reklam mövzusunda bunu deyə bilərəm ki, “WhatsApp”ı reklamlar üçün açıq hala gətirəcəyik”, – deyə o, bildirib.

D. Markus ilk addım kimi böyük şirkətlərə birbaşa istifadəçilərə reklam göndərmək imkanı verəcəklərini açıqlayıb.

Xatırladaq ki, ötən ay messencerin yaradıcıları Brayan Akton və Yan Kum istefa veriblər. Onlar messencerdə reklamların yerləşdirilməsinə qarşı idilər. İstefalardan sonra “Barclays” analitikləri “Facebook”un artıq “WhatsApp” üçün reklam satmağa başlayacağını təxmin etmişdi.

Xatırladaq ki, “Facebook” “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara satın alıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.