Loading...
Loading...
Şou

“WhatsApp” və “Twitter” hökumətdən müdafiə oluna bilmir

“Electronic Frontier Foundation” şirkətinin əməkdaşları müxtəlif İT şirkətlərinin məlumatlarının hökumətdən müdafiəsi səviyyəsi ilə bağlı təhlil aparıblar
24saat.org lent.az-a istinadən xəbər verir ki, 26 müəssisənin qiymətləndirildiyi meyarlar hökumətlə əlaqədə şəffaflıq, istifadəçilər haqqında məlumatların üçüncü şəxslərə ötürülməsinə qadağa, ABŞ-da dövlət sorğularının qanuniliyinin yoxlanılması və dövlətin ölkə vətəndaşlarını izləməsinə şirkətin münasibəti sahəsində aparılıb.
Təhlilin nəticəsinə əsasən, məlum olub ki, istifadəçilər haqqında məlumatların daha az müdafiə səviyyəsi “Microsoft” və “Google” korporasiyalarındadır. Bundan başqa, “Twitter” və “WhatsApp” şirkətləri də bu göstərici üzrə autsayderlər olub.
Mütəxəssislər “Adobe”, “Dropbox”, “Lyft”, “Pinterest”, “Uber” və “WordPress” kimi şirkətlərin istifadəçi məlumatlarının təhlükəsizliyini daha yüksək qiymətləndiriblər.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button