2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“WhatsApp”ın növbəti yenilənməsi videolara baxılmanı asanlaşdıracaq

“WhatsApp” tərtibatçıları öz messenceri üçün növbəti yenilənməni işə salıblar.

İnterAz “AZƏRTAC”a istinadən xəbər verir ki, artıq videoların baxılması daha qənaətcil və rahat olub.

Əvvəllər “WhatsApp” istifadəçiləri yalnız videofaylı yüklədikdən sonra bu videoya baxa bilərdilər. Yenilənmə isə videoçarxlara axın rejimində baxılmasına imkan verir. Bu o deməkdir ki, artıq videofayla yüklənən zaman baxmaq mümkün olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün “WhatsApp”da 1 milyarddan artıq istifadəçi qeydiyyatdan keçib. Onlar dəfələrlə proqram tərtibatçılarından videofaylların baxılması ilə bağlı məsələnin həllini xahiş ediblər. Çünki bu prosedur xeyli vaxt və trafik aparırdı, insanlar isə tez-tez cihazlarına, onlara ümumiyyətlə, lazım olmayan fayllar yükləyirdilər. Çünki onların bu fayllara öncədən baxmaq imkanları yox idi.

“WhatsApp” komandası bu xahişi nəzərə alıb və “Android” cihazları üçün yenilənməni həyata keçirib. Proqramın beta testləri uğurla həyata keçirilib. Artıq bu yenilənmənin “İOS” və “Windows” əməliyyat sistemlərində işə düşəcəyini gözləmək qalır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button