2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

WikiLeaks: “ABŞ Səudiyyə və Qətərin İŞİD-ə dəstək verdiyini bilirdi”

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı və Qətərin İŞİD-ə maddi-texniki dəstək verdiyini bilirdi.

RİA Novosti-nin xəbərinə görə, bu, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun  “WikiLeaks”də yayılan məktublarından məlum olur.

Saytların yığılması Saytlarin yigilmasi

Klintonun 2014-cü ildə prezidentin müşaviri Con Podestə göndərdiyi məktubda qeyd olunur ki, silahlı kürdlər hava dəstəyinin müşayiəti ilə İŞİD-ə müqavimət göstərə bilər.

Klinton məktubda həmçinin İŞİD-ə və Suriya rejiminə qarşı savaşması üçün Suriyanın silahlı müxalifətinə yenidən dəstək verilməsini təklif edib.

Keçmiş dövlət katibi onu da qeyd edib ki, ABŞ diplomatik gücdən, ənənəvi kəşfiyyat metodlarından istifadə edərək İŞİD-ə, eləcə də digər radikal qruplaşmalara dəstək verən Qətər və Səudiyyəyə təzyiq göstərməlidir.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button