2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Wikileaks-in yaydığı AKP emaillərində şok mətn – Həzrəti Məhəmməd Çanaqqalada savaşıb

24saat.org saytı Wikileaks-in “AKP-nin email arxivi” başlığı altında yaydığı 298 mindən çox email arasında apardığı araşdırmalarda üzə çıxardığı və hər kəsi şok edəcək maraqlı bir məktubun tərcüməsini təqdim edir. Tərcümə etdiyimiz emailin AKP-nin ana domain olan akp.org.tr ünvanında açılmış emaillərdən birinə hansı səbəbdən göndərildiyini hələlik məlum deyil.

Həzrəti Məhəmməd Çanaqqalada savaşıb
Burdurun Yeşilova mahalında Mövlud həftəsinə qatılan Burdur Müftisi Xəlil Arik Çanaqqala döyüşlərində Hz. Məhəmmədin də Türk əsgərinin yanında döyüşdüyünü iddia edib. Ətraf rayonlardan gələnlərlə birlikdə təxminən min adamın Yeşilova Bələdiyyəsi Düğün Salonu və bağçasında qurulan böyük ekranlardan izlədiyi salonda müfti Xəlil Arik Hz. Məhəmmədin Çanaqqala döyüşü əsnasında Türk ordusunun yanında döyüşdüyünü, əsgərə zəfər qazanmasında yardımçı olduğunu söyləyib. Toy salonunun bağçasında qurulan böyük ekranlardan vətəndaşların da dinlədiyi çıxışda Arik ağlayaraq bunları deyib: “1915-ci ildə qəbirini ziyarət edən bir hindistanlı hacı, Peyğəmbər Əfəndimizi məzarında görə bilmir. Bundan çaşqına dönən hindistanlı hadisəni yanındakılara nəql edir. Hindistanlıya inanmayan bir məmur o gecə yuxusunda Peyğəmbər Əfəndimizi görür. Hz. Məhəmməd yuxuda, ‘Gördüyü doğrudur, mən yerimdə,məzarımda deyildim. Mən Çanaqqalada var olmaq və ya heç olmamaq arasında savaş mübarizə aparan aslanlar kimi savaşan Türk övladlarımın yanındaydım, onlara kömək edirdim’ deyir. ” Bu cümlələrin ardından salonda olanlar tərəfindən uzun müddət alqışlanan müfti Arik, daha sonra da döyüşdə şəhid olan bir əsgərin ölmədən əvvəl “Ya Rəsulullah niyə zəhmət çəkdiniz mən gəlirdim” dediyini əlavə edərək Hz. Məhəmmədin şəhid olmaq üzrə olan Türk əsgərlərinin də gözünə göründüyünü söylədi. Türk millətindəki Peyğəmbər sevgisinin heç bir millətdə olmadığını söyləyən Arik, çıxışını, “Türk milləti Peyğəmbər Əfəndimizi sevər, Peyğəmbər Əfəndimiz də bizi sevir” deyə tamamlayıb.
24saat.org

muhemmed

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button