2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Wolt Azərbaycan” kuryerləri yenə etiraz edirlər

Sentyabrın 2-də “Wolt Azərbaycan” şirkəti ilə xidmət müqaviləsi əsasında əməkdaşlıq edən kuryerlər etiraz yürüşü keçiriblər.

Kuryerlər Koroğlu metrosunun yaxınlığında toplaşaraq şəhərin mərkəzi istiqamətində yürüşə başlayıblar.

Kuryerlər bildiriblər ki, şirkət onlara verilən xidmət haqqını azaldıb, bu səbəbdən də onlar boykota başlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Koroğlu metrosunun yaxınlığında yerləşən körpünün altında toplaşan kuryerlərin sözlərinə görə, hazırkı tariflərlə işləmək sərf etmir. “Əsas qiymət 1,5 manat olmaqla 500 metrəyə qədər heç bir ödəniş olunmur. 500 metrdən sonra hər 100 metr üçün 3 qəpik tarif hesablanır. Bu da nəticədə çox az edir. Çoxumuz ailəliyik, borclarımız var. Şirkətdən bizə bildiriblər ki, bütün dünyada kuryer xidmətləri məsafəni yerlə yox, hava ilə ölçürlər. Amma dünyanın heç bir yerində uzun məsafələrə xidmət haqqı 1,5 manat etmir”.

Kuryerlər dünəndən kütləvi boykota başlayıb. Onlar qeyd ediblər ki, uzaq məsafəyə aparılan sifarişlərə görə əvvəlkindən 1 manat 30 qəpik az ödəniş edilir. “İndi 3 kilimetrlik məsafəyə aparılan hər sifarişə görə təxminən 2,4 manat ödəyirlər. Əvvəl isə 3,7 ödəyirdilər. Bu da bizə heç cür sərf etmir. Üstəlik də eyni ünvana cüt sifariş aparılanda bir sifarişin xidmət haqqı ödənilir. Halbuki, əvvəl iki sifarişin xidmət haqqı ödənilirdi”.

Onların sözlərinə görə, tarifin dəyişməsinə baxmayaraq, müqavilədə heç bir dəyişiklik edilməyib. “Yəni müqaviləyə görə biz daha çox almalıyıq, amma nədənsə az alırıq”.

Kuryerlər qeyd ediblər ki, xaricdə Wolt şirkətilə əməkdaşlıq edən tanışlar var və onların xidmət haqlarında heç bir dəyişiklik yoxdur. “Wolt beynəlxalq şirkətdir və dəyişikliklər hamıya şamil edilməlidir, amma niyəsə məhz Azərbaycanda işləyən kuryerlərə şamil olunur”.

Onlar deyiblər ki, tariflər köhnə qayda ilə hesablanmayana qədər kuryerlər işə çıxmamağa qərar veriblər.

Kuryerlər bildiriblər ki, dünən başlayan kütləvi boykotdan sonra bir neçə nəfəri işdən uzaqlaşdırıblar, bir neçə nəfəri isə Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər. “Amma bizim tələblərimiz yerinə yetirilməyənə qədər işə çıxmayacağıq”.

Ərazidə olan polis əməkdaşları kuryerlərə xəbərdarlıq edib ki, körpünün altında toplaşmaq olmaz, bundan sonra isə kuryerlər yürüşə başlayıblar.

Məsələ ilə bağlı Wolt Azərbaycan şirkətindən bildiriblər ki, gün ərzində kuryerlərin etirazılarına cavab veriləcək.

Bu ilin aprel ayında da Wolt Azərbaycan şirkəti ilə əməkdaşlıq edən kuryerlər boykot aksiyası keçirmişdi. O da xidmət haqlarının azaldılması ilə bağlı idi. Apreldəki etirazdan sonra tariflərin əvvəlki üsulla ödənilməsinə başlanıb.

24 saat” ““Wolt Azərbaycan” kuryerləri yenə etiraz edirlər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button