2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Wolt”a etiraz edən kuryerlər polisə çağırılıb

Yayımlandı: 2 Sentyabr 2022 17:15

“İstəmirik ki, insanlar üç qəpiyə hambal kimi işləsinlər”

“Wolt” şirkətinin aksiya keçirən kuryerlərin bir neçəsini işdən çıxardığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının koordinatoru, şirkətin kuryeri Afiəddən Məmmədov Meydan TV-yə məlumat verib.

Kuriyerlər daşınma haqqının endirilməsinə etiraz əlaməti olaraq “Wolt”un boykot edilməsinə çağırış etmişdilər.

Afiəddən Məmmədov deyir ki, artıq o və bir neçə kuryer Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.

“Bu gün səhər mənə Bakı Şəhər Baş Polis İdarəsindən zəng edib dedilər ki, sizin çıxışınızı görmüşük, bölməyə yaxınlaşın. Səbəbini soruşanda dedilər ki, çıxışlarınızı görmüşük, sizə dəstək olmaq istəyirik. Mən bilirəm ki, bununla bizi susdurmaq istəyirlər. Boykotumuz tələblərimiz yerinə yetirilənə qədər davam edəcək. İstəmirik ki, insanlar gedib üç qəpiyə hambal kimi işləsinlər”, – etirazçı deyib.

Kuryerlər sentyabrın 1-də etriaz aksiyası keçiriblər.

Bildiriblər ki, “Wolt” şirkəti 2022-ci il avqustun 29-dan etibarən daşınma qiymətlərini endirib.

Əsas qiymət 1.50 manat 500 metrədək sonra isə, hər 100 metrə 0.03 qəpikdən hesablanılır.

“Üç əsas tələbimiz var: ikili sifarişlərdə hər sifariş götürüldüyü yerdən çatdırıldığı yerə qədər hesablansın. Hər 100 metr üçün tarif 3 qəpikdən 6 qəpiyə qaldırılsın. Yol xəritəsi “Waze” və “Google Maps” kimi tanınmış, etibar olunan proqramlarla təmin olsun. Bu üç şərt təmin olunmadığı təqdirdə kuryerlərin boykotu davam edəcək”, – A.Məmmədov bildirib.

Kuryerlər dəfələrlə etiraz yürüşləri keçirsələr də, tələblərini şirkətlərə qəbul etdirə bilməyiblər.

Üstəlik, işə götürənlər sığorta, vergi ödənişləri, işçi qarşısında öhdəliklərdən qaçmaq üçün əmək müqaviləsindən yayınır.

Xidməti müqavilə zamanı isə bütün ödənişlər işçinin cibindən çıxır, yəni şirkət heç bir pul ödəmir.

“Wolt” kuryer xidməti Bakıda 2019-cu ildən fəaliyyətə başlayıb.

Şirkətin standart çatdırılma qiyməti 1 km məsafə üçün 1.90 manat olub.

Ödəniş son 2,5 il ərzində 2 manatdan 1.60 manata endirilib.

Məsələ ilə əlaqədar “Wolt” şirkəti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Meydan TV-yə deyib ki, kuriyerlər araşdırma məqsədi ilə polisə dəvət olunublar: “Şikayətləri araşdırılır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button