Loading...
Loading...
24 saat

Xədicə İsmayıl UNESCO-nun rəhbərini yalan danışmaqda günahlandırır

Oktyabrın 10-da “Guardian” qəzetində Xədicə İsmayılın “Unesco-nun başçısı və mənim azadlığa buraxılmağım” adlı məktubunu dərc edib.

“Oktyabrın 2-də “Guardian” qəzetinə yazdığı məktubdaUNESCO-nun baş direktoru İrina Bokova mənim Azərbaycan dövlət orqanları tərəfindən həbsimi qınadığını, onardan azadlığa buraxılmağımı tələb etdiyini və mənim Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı mükafatının qalibi olmağımı dəstəklədiyini bildirib,” İsmayıl yazır. “Mən onun söz azadlığı anlayışına sədaqətini sərgiləmək üçün məni nümunə olaraq göstərməsindən şoka düşdüm.”

Jurnalist yazır ki, 2014-cü ilin sentyabrında onun öz həbsindən qısa müddət öncə Bokova bir sıra QHT-dən Azərbaycanda müstəqil mediaya qarşı təqiblərdən bəhs edən məktub almışdı. Məktubda həmin vaxtda həbsdə olan doqquz jurnalist və iki bloqqerin adı qeyd edilmişdi. Onların dördü hələ də həbsdədir.

“Problem bitməyib və hökümət hələ də saxta iddialar əsasında media qurumlarını qapatmağa və jurnalistləri həbs etməyə davam edir,” İsmayılova bildirir.

QHT-lər Bokovadan heç bir cavab almadığını bildirir. “Mən xanım Bokovanın həmin məktubla bağlı ictimaiyyətə bəhs etdiyini eşitməmişəm. Xüsusilə də prezidentimiz İlham Əliyevi təriflədiyi zamanlarda etmədiyindən əminəm. UNESCO-nun vebsaytında da məktubla bağlı heç nə yazılmayıb,” Xədicə İsmayıl əlavə edir.

“Mənim mətbuat mükafatıma gəldiksə isə, mən qalibərin seçim prosedurunu araşdırmışam və qaydalara riayət olunduğunu fərz etsək, mənim mükafatımın nominasiya və ya seçim prosesində xanım Bokovanın heç bir rol oynamadığından tam əminəm. Qalibi müstəqil münsiflər heyəti seçir, baş direktor isə sadəcə təsdiq edir,” İsmayılova yazır.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button