Xələf Xələfov nazir müavini vəzifəsindən azad edildi – SƏRƏNCAM

Xarici işlər nazirinin müavini Xələf Xələfov vəzifədən azad edilib. 24saat.org president.az saytına istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb:
“X.A.Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıSərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.”
Hələlik bu vəzifəyə təyinat yoxdur.
Qeyd edək ki, xarici ilər naziri Elmar Məmmədyarovun hazırda 5 müavini var:
Araz Böyükağa oğlu ƏZİMOV
1962 – iyunun 13-də Bakı şəhərində anadan olmuşdur
1984 – Azərbaycan Dövlət Universitetini Bitirmişdir
1984-1989 – Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət
1989-1990 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib
1990-1991 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 1-ci katib
1991-1992 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində müdir müavini
1992-1994 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi
1994 indiyə kimi – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müavini
Xarici dillər – İngilis, fars, rus və türk
Ailə vəziyyəti – Evlidir, bir övlad atasıdır
Xələf Alı oğlu XƏLƏFOV
1959 – sentyabrın 21-də Ermənistanda anadan olmuşdur
1977-1982 – Kiyev Dövlət Universitetini bitirmişdir
1983-1990 – Azərbaycan Respublikası Daxili işlər nazirliyində inspektor bölmə rəisi
1990-1991 – SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasında oxumuşdur
1991-1992 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi
1992 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq idarəsinin rəisi vəzifəsini icra edən
1992-1997 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi
1997 indiyə kimi – Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini
Xarici dillər – Alman, rus
Ailə vəziyyəti – Evlidir. İki övlad atasıdır
Mahmud Əhməd oğlu MƏMMƏD-QULİYEV
1949- fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur
1972 – Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir
1972-1974 – Azərbaycan Dövlət universitetinin müəllimi
Müxtəlif dövlət orqanlarında xidmət
1992-1993 – Kommersiya Bankının idarə heyəti sədrinin müavini
1993 indiyə kimi – Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Azərbaycan Respublikası Milli Məclisin üzvü
1996-2001 – Azərbaycan Respublikasının İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Xarici dillər – İngilis, rus
Hafiz Mir Cəlal oğlu PAŞAYEV
1941 – mayın 2-də Bakı şəhərində anadan olmuşdur
1963 – Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir
1964 – 1967 – Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır
1971 – Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir
1971 – 1992 – Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur
1984-Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür
1975 – 1976 – İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir
1993 – 2006 – Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli Səfiri
2006 – avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – AR XİN-in Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.100-dən artıq elmi əsərlər,iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.
Xarici dillər – İngilis, rus
Ailə vəziyyəti – Evlidir, iki övladı, dörd nəvəsi var
Nadir Sabir oğlu HÜSEYNOV
1960 – sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur
1983 – Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir
1988-1991 – Kiyev Dövlət Universitetinin aspirantı
1991 – noyabrın 06-da Kiyev Dövlət Universiteti Tarix Elmləri Namizədi elmi dərəcəsinə layiq görülmüşdür
1983-1992 – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri
1992-1998 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini
1998-2010 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi
2002 – yanvarın 12-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir
2010 – noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Xarici dillər – İngilis, rus
Ailə vəziyyəti – Evlidir, üç övlad atasıdı
Ramiz Ayvaz oğlu HƏSƏNOV
1961 – avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur
1983 – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir
1984-1990 – SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır
1990-1992 – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləmişdir
1993-1997 – Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışmışdır
1997-2004 – Azərbaycan Respublikası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur
2004-2005 – Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur
2005-2008 – Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru
2008-2018 – Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır
2018- may ayından xarici işlər nazirinin müavinidir.
Xarici dillər – ingilis və rus
Ailə vəziyyəti – Evlidir, iki övlad atasıdır.
Xələf XələfovQeyd edək ki, vəzifədən çıxarılan X.Xələfov 1 iyul 1997-ci ildə Azərbaycan Xarici İşlər Nazirinin müavini təyin edilmişdi
O, 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirib, 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor – bölmə rəisi olub.
1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.
1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub.