Cəmiyyət

‘Xəstə pul vermirsə ona baxmırlar’


Bu müddət öncə Masallı rayonun baş həkimi həbs edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti yanvarın 25-də də məlumat yaymışdı. Məlumatda qeyd edilib ki, Cəlil Nəzərov əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilməsi əvəzində rüşvət almaqda şübhəli sayılır:

“Habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilmişdir”

Qeyd edilir ki, O, Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hələlik,bu açıqlamaya Cəlill Nəzərov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

“Son bir ildə “qara maskalılar” Masallıya 3 dəfə səfər edib”

Amma Masallı rayon sakini , “Cənub.az” saytının redaktoru Zahir Əmənov-un deməsinə görə, bundan əvvəl də rayonda həbslər olub:

“Son bir ildə “qara maskalılar” Masallıya 3 dəfə səfər edib.”

Onun deməsinə görə Cəlil Nəzərov 18 il idi ki, rayonda baş həkim işləyirdi və 5 icra hakimiyyəti başçısı dəyişib:

“Ötən il “Əməkdar həkim” adına layıq görülüb”

Astara rayon sakini, sabiq polis işçisi Fətulla Qurbanov da rayonların xəstəxanalarında rüşvətin, korrupsiyannın olduğunu iddia edir:

“Güzəştli dərmanları apateklərdə satdırırlar”

“Tibbi sığortaya keçmişik. Nə dəyişilib? Vəziyyət olduğu kimi qalır. Mən bu barədə fikirlərimi video ilə sosial şəbəkələrdə yaymışam. Güzəştli dərmanları apateklərdə satdırırlar. Astara rayonunda bir mərkəzi xəstəxana var, Lənkəranda isə üç belə xəstəxana fəaliyyət göstərir. Bizdə xəstəxananı karantin ediblər (Karanavirusla bağlı ötən ilin martından Azərbaycanda karantindir). Bilmirik hara müraciət edək? Bu karantini Lənkəranda xəstəxanaların birində edə bilərdilər. Şəkər xəstələri dərman almaqda əziyyət çəkirlər. Tədbir görürlərmi? ”

“Xəstə pul vermirsə ona baxmırlar”

İçtimai fəal Asən Həşimli də deyir ki, bu tipli həbslərlə rüşvətxorluğa və korrupsiyaya son qoymaq mümkün deyil. Onun fikrincə, hər yerdə eyni vəziyyətdir:

“Xəstə pul vermirsə ona baxmırlar. Hamsı imitasiyadır.Tuturlar,həbs edirlər,amma vəziyyət olduğu kimi qalır,dəyişmir.Bu adama ötən il “Əməkdar həkim” adını verəndə bilmirdilər ki,bu adam nə işlə məşğuldur?”

“Deyilənlər böhtandır”

Bu fikirlərə, hələlik, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev isə onların ünvanına deyilənləri böhtan adlandırır:

“Bütün bunlar üçün prokurorluq orqanları var, dövlət orqanları var. Şəkər xəstələri üçün dərmanları kəndlərə bölmək mümkün deyil. Qanunla şəkər xəstəsi həkmin yanına gəlməlidir, həkim müayinə etməlidir və dərman yazmalıdır. Qaldı xəstəxananın karantin edilməsi,bu dövlətin işidir. Koronavirus xəstələrinin sayı azalıb,reanimasiyada var. Gələn həftədən Astara rayon Mərkəzi Xəstəxanası tam gücü ilə işləyəcək.”

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button