Now Reading:
Xəzər Rayon İcra Hakimiyyəti Buzovna sakinlərini aldadıb

2016-cı dekabrın 18-də Buzovna qəsəbəsindəki yaşayış evinin 7-8-9-cü mərtəbələrində baş vermiş yanğın zamanı binaya ziyan dəyib və M.Sübhi küçəsi, 2 ünvandakı evin sakini Nelli Mürsəlova və onun qonşularının balkonu dağılıb.

Bina təmir edilib, bayırdan yanğının izləri aradan qaldırılıb, ancaq N.Mürsəlovanın və 75,77, 79-cu mənzillərin balkonlarındakə yanğın izləri dekorativ plitələrin altında gizlədilib.

Yanğın mənzillər və balkonların arasındakı plastik qapılara da ziyan vurub, daxili örtüklər isə güclü külək zamanı silkələnir. Balkondan istifadə mümkün deyil. Sakinlər balkona çıxmağa qorxurlar. Faktiki olaraq, bir neçə ailə balkondan məhrumdur, halbuki, bayırdan bu, görünmür.

N.Mürsəlova ilə birlikdə yeddi sakin şikayət göndərərək yerli hakimiyyəti öz öhdəliklərinə formal yanaşmaqda və binanın təmirini başa çatdırmamaqda ittiham ediblər.

Hələ 2017-ci ilin mayında Prezident Aparatına FHN və ombudsmana məktub göndərilib.

N.Mürsəlova 2017-ci ilin oktyabrında 1 saylı Yaşayış-Kommunal Təsərrüfat Birliyindən cavab alıb. Rəis E.Talıbov vəd edib ki, onun xahişi təmin olunacaq. Ancaq vətəndaşı aldadıblar, o vaxtdan heç bir iş görülməyib.

Martın 29-da Turan agentliyi Xəzər Rayon İcra Hakimiyyəti aparatına Vaqif Pənahova və Azər adlı işçiyə zəng edib (telefonlar rayon İH-in saytından götürülüb və N.Mürsəlovadan alınıb).

Zənglər ünvana çatsa da sözügedən telefonlar cavab verməyib, təkcə V.Pənahovun telefonu “müvəqqəti olaraq zəngləri qəbul etməyib”.

Belə təəssürat yaranır ki, hər məmurun vətəndaş və mətbuat üçün ayrı telefonu var və ona cavab vermir. Yaxşı söhbətlər üçünsə ikinci telefon var.

Buzovna qəsəbəsində 111 saylı MİS-in rəhbəri Orxan Axundov bizə zəng etdi. O, N.Mürsəlovanın şikayətindən xəbərdar olduğunu bildirib və deyib ki, rayon İcra Hakimiyyətindən onun probleminin həll olunacağını vəd ediblər. MİS rəisi səbəblərlə bağlı suala cavab verə bilməyib və iradlarımızı Xəzər rayon rəhbərliyinə çatdıracağını bildirib.

Bakının Xəzər rayonunda vətəndaşların problemlərinin həlli bağlı prezidentə və onun məmurlarına dəfələrdə edilən çağırışlara açıq şəkildə məhəl qoyulmur. M.Sübhi küçəsindəki (Buzovna qəsəbəsi) ikinci binada yanğın 2016-cı ildə söndürülüb, ancaq hakimiyyət tərəfindən aldadılan adamlar indiyədək ziyan dəymiş mənzillərdə yaşayırlar.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.