Loading...
Loading...
Gündəm

Xəzərdə balıqların kütləvi tələfatının səbəbi araşdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sosial şəbəkələrdə sahilboyu balıqların kütləvi şəkildə tələfatı əks olunan video ilə bağlı Hövsan qəsəbəsinə və Qum adasına gedərək hadisəni yerində araşdırırlar. Bu haqda “Turan”a nazirlikdən deyilib.

Qurum yalnız bundan sonra hadisənin səbəbini açıqlaya biləcəklərini bildirir.

Sosial şəbəkədə yayılan videodan görünür ki, Qum adasında dənizdə balıqlar kütləvi tələf olub. Paylaşımda iddia edilir ki, sahildən kəskin qoxu gəlir və dənizə yaxınlaşmaq olmur.

Yerli sakinlər deyir ki, burada hər gün onlarla balıqçı balıq tuturdu.

“Bu gün isə birdən-birə belə bir mənzərə yaranıb. Bunun səbəbi qısa zamanda araşdırılmalıdır. Böyük ehtimal, gecə ilə suya cərəyan verilib, iri balıqlar yığılıb, qalanları qalıb. Və ya suya nə isə töküblər”, – yerli sakinlərdən biri deyir.

24 saat” “Xəzərdə balıqların kütləvi tələfatının səbəbi araşdırılır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button