Xəbərlər
Xəzərdə gəmi yanır
Xəzər dənizində, Bakıdan təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən «PALFLOT 2» gəmisində yanğın baş verib.
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin «Vixr-5» gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.