ÖLKƏ

Xəzərdə hava şəraiti necə olacaq? – Agentlik


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Agentlikdən Sfera.az-a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, Xəzər dəniz akvatoriyasında mayın 9-u axşamdan başlayaraq Orta Xəzərdə cənub-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyə, mayın 10-da isə şimal-qərb küləyinin 18-23 metr/saniyə, arabir 25-30 metr/saniyə, açıq dənizdə arabir 32 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3.5-5.5 metrə qədər artması proqnozlaşdırılır.

Hava şəraitinə uyğun olaraq, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinin təcrübəli kapitanları tərəfindən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində məlumatlandırılacaq. Bununla yanaşı, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçiriləcək.

Eyni zamanda, gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılacaq.




24 saat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button