Now Reading:
Xəzərin səviyyəsi azalır, yoxsa artır?

Xəzərin səviyyəsi azalır, yoxsa artır?

Coğrafiya İnstitutunun rəsmisi: “Xəzərin səviyyəsi azalır, obyektlər quruda qala bilər”

Telman Zeynalov: “Xəzərdə suyun səviyyəsi azalmır, əksinə, ildə 1 sm-dən yuxarı qalxır”

Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev Xəzər dənizinin səviyyəsində azalmanın müşahidə olunduğunu deyib. Onun sözlərinə görə hazırda dənizin səviyyəsi -28 metrə çatıb. Bu da dənizin dayanıqlıq səviyyəsi hesab olunur.
Z. Allahverdyev deyib ki, hələlik dənizdə səviyyənin düşmə dövrü getsə də, təhlükəli və dağıdıcı təsiri yoxdur. Lakin əsas məsələ dənizin səviyyəsinin azalması nəticəsində bir sıra obyektlərin quruda qalmasıdır: “Ancaq onun da baş verməsinə inanmıram. Çünki Sovet dövründə tikilən dəniz obyektlərinin hamısı -28 metrdən +-2 metr fərqlə hesablanıb. Azalmanın nə qədər davam edəcəyinə dair proqnoz vermək mümkün deyil”.
Tanınmış ekoloq, texnika elmləri doktoru Telman Zeynalov Xəzərin səviyyəsinin azalmasıyla bağlı deyilənləri əsassız hesab edir. O, saytımıza açıqlamasında deyir ki, ölkədə yağıntı 30 faiz artıbsa, rayonlar qar və yağış suyunun içindədirsə, hansısa azalmadan söhbət gedə bilməz:
“Qlobal istiləşmənin getdiyi barədə deyilənləri əsas tutub belə əsassız bəyanatlar verirlər. Min cür mənasız sözlər danışıb yalan informasiya verirlər. Deyilənlərin hamısı tamamilə yanlış fikirlərdir. Ölkədə 8 mindən çox çay var. Ona görə də bizdə su qıtlığı ola bilməz. Onların hamısı Xəzərə tökülmür. Amma yeraltı çaylar var ki, onlar da quraqlıq və yaxud dənizdə su səviyyəsinin azalmasına imkan vermir. Xəzərin səviyyəsində azalmanın deyilməsi bu sahədən xəbərsiz olmaq deməkdir . Çünki dənizin səviyyəsi nəinki azalır, hətta ildə 1 sm-dən yuxarı qalxır”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.