2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xədicə bütün pulları toplayır!

Kulminasiya yaxınlaşır! Gürcüstandakı “gizli azərbaycanlı müxalif qruplaşmanın” liderlərindən birinin-kvazijurnalist Əfqan Muxtarlının qalmaqallı məhkəmə prosesi başlayıb. Ölkənin liberal ictimaiyyəti bu gəncin həbsini tənqidi səslərlə mübarizənin yeni təzahürü, yaxud totalitarizmin siyasi azadlıqlara hücumu kimi təqdim etməyə çalışır. Lakin Əfqan Muxtarlı -əslində qaranlıq və yekəpər, cangüdənə oxşayan və bir müddət bu qeyri-adi missiyanı lənətlənmiş həmin o günlərdə digər qalmaqallı jurnalist Xədicə İsmayılovanın şəxsində yerinə yetirən biridir və Azərbaycanın əli qələm tutanları arasında heç cür özünü tanıda bilməyib. Onun şərh, köşə yazısı bir yana qalsın, heç oçerkə və ya adi müxbir qeydlərinə oxşayan hansısa məqaləsinə rast gəlinmir. Ə.Muxtarlı belə görünür ki, müxalifətçi iddiasında olan Emin Hüseynov kimi hansısa sıradan qəzetlərdən birində fotomüxbir kimi işləməklə pul qazanırmış.

Lakin Xədicə İsmayılovanın ətrafında baş verən məlum səs-küylü erotik qalmaqaldan sonra Əfqan Muxtarlı onun iri bədəninin mühafizəsinin təşkilini üzərinə götürdü. Sonra Xədicəni həbs etdilər. Doğrudur, erotikaya görə deyil! Və Ə.Muxtarlı nəyə görəsə öz həyatına təhlükə görərək ölkədən qaçdı və qonşu Gürcüstanda qanunsuz məskunlaşdı. Və bəd taleyi Əfqanın həyatını bu cür dəyişdi. Alternativsizlik sayəsində müftəxorluq edən Əfqan, axı müxalifətçilərin çoxu hökumətin tərəfinə keçmişdi, digərləri Qərbə tərəf “fələsəvi paraxod” icad etmişdilər, üçüncülər isə andeqraunda üz tutmuşdular,- tiflisli Kamo və nəzəriyyəçi Litvinov kimi bolşeviklərin vəsiyyətinə uyğun hərəkət edərək Tiflisdəki xəlvəti azərbaycanlı müxalif qruplaşmanın mübarizənin Bakı mərkəzini maliyyələşdirən qanadına rəhbərlik etməyə başladı.

İndi Əfqan Muxtarlı gizli mübarizədəki bir çox tərəfdaşları kimi dəmir barmaqlıqlar arxasındadır. Son illər Xədicə İsmayılova jurnalistika fəaliyyətindən uzaqlaşıb. Axı onun bütün reportyor fəaliyyəti səliqə-səhmanla ona sızdırılmış dosyelərin leqallaşdırılmasından və təqdim olunmasından ibarət idi. Onun bu cür sızmalara daha çıxışı yoxdur. Öz jurnalist araşdırmalarını aparmaq üçün isə qabiliyyəti və istedadı çatışmır. Xədicə başını götürüb yeni gəlirli işə-“aclıq çəkən Volqaboyuna-özünü “siyasi məhbus” adlandıranlara pul toplamağa” girişib. Bir sıra Qərb təşkilatları hələ də Azərbaycandakı antihökumət mübarizəsinin dəstəklənməsi üçün subsidiyalar ayırır. Bu subsidiyaların bir hissəsi məhbusların ehtiyaclarına gedir. Böyük hissəsi isə Xədicənin ciblərinə yığılır. Həbsxanadakı yoldaşları arasında pulları paylayan da odur.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, Xədicə İsmayılova ən vicdansız şəkildə Əfqan Muxtarlıya ayrılmış pulları mənimsəyir. Mənbələr təsdiq edir ki, Muxtarlı artıq bu haqda bilir, lakin Xədicənin “otkatlarına” göz yummağa məcburdur. Çünki o, xarici donorlarla yeganə maliyyə vasitəçisidir.

Xədicə İsmayılovanı digər yarıgizli ekstremist təşkilat olan NİDA-nın fəallarına ayrılmış pulları talamaqda da şübhəli bilirlər. NİDA-ya yaxın olan mənbələrin məlumatına görə, bu təşkilatın fəalları Xədicədən daha pul ala bilmirlər və nəticədə ona qarşı özlərinin olduqca sərt narazılıqlarını ifadə edirlər. NİDA-nın liderlərindən biri, 2013-cü ildəki “feysbuk inqilabı” cəhdinin təşkilatçılarından olan İlkin Rüstəmzadə də onların arasındadır. İ.Rüstəmzadəyə yaxın olanlar Xədicənin onun problemlərinə qanmaz münasibətindən hiddətləniblər. “O hamını, o cümlədən beynəlxalq təşkilatları bezdirib”-İ.Rüstəmzadəyə yaxın mənbələrin bildirdiyinə görə, Xədicə məhbusun barəsində bu cür laqeyd ifadələr işlədir.

Liberal cəbhənin döyüşçüləri üçün bütün həmkarlar ittifaqı məsuliyyətini öz ətli çiyinlərinə götürmüş Xədicə beynəlxalq təşkilatları sıfırlar dövrünün tanınmış qumbaraatanları – Leyla Yunus və Emin Huseynovun natəmizliyinə inandırmağa çalışır. O bu iki hüquq müdafiəçisini oğurluqda və şərəfsizlikdə ittiham edərək donor təşkilatlarına onlar haqqında anonim və doğru məlumatlar yağdırır. Xədicə həqiqətini başqa siyasi mühacir, Azərbaycan Meydanı-nın ilhamverəni Emin Milli də böllüşür. Bəli, belə bir boğuşma, qapışma gedir! Liberal it sürüsü donor qrantları uğrunda mübarizədə boğuldu. Və demək lazımdır ki, Xədicə bu boğuşmada müvəffəqiyyət qazandı, çünki o, Qərbdə Yunusun və Emin Hüseynovun adlarını, necə deyərlər, çirkablı suya batırmağı bacardı. Bir müddət əvvəl Xədicə və Emin Hüseynov arasında sosial şəbəkələrdəki düşmən yazışması qəzet səhifələrinə köçdü… Bir sözlə, qrantlar uğrunda müharibə Qərb məmurlarının kabinetlərini titrədir!

Və Xədicə belə bir vaxtda partiyanın və gizli fəaliyyət yoldaşlarının işi üçün pulun nağdlaşdırılmasının yeni mexanizmini hazırladı. Son dövrlər qrantların alınması proseduru qeydiyyat və nəzarət məsələlərində şəffaflıq tələb edir. “Tiflis gizli fəaliyyət şəbəkəsi”ndən maliyyə resurslarının nağd çatdırılmasının mexanizmi isə Əfqan Muxtarlı uğursuzluğundan sonra tamamilə ifşa edildi.

Sual olunur: pulu necə almalı? Xədicə pul resurslarının nağdlaşdırılmasını ikinci növ və heç kəsə məlum olmayan QHT-lərə saxta və gülməli mükafatlar ayırmaqla həyata keçirir. Məsələn, X.İsmayılova Nobel mükafatının olsa-olsa istehza doğura biləcək alternativini (çünki dünyada Nobel mükafatının yalnız bir alternativi məlumdur – Şnobel mükafatı), hansısa “allardovski” mükafatını və ya nəsə buna oxşar bir şey alıb. Və budur, qısa dövr ərzində Xədicə bu “şnobellər” vasitəsi ilə 300 min dollardan çox pul aldı!

Xədicənin yeni statusu – “partiya pullarının saxlancı”na çevrilməsi məşhur müxalifətçilərdə açıq qıcıq doğurur və onların qısqanclığına səbəb olur. Bir az əvvəl onunla müxalif “Turan” agentliyinin analitiklərindən biri – Hafiz Babanlı üz-üzə gəldi.

“Niyə bütün pul və mükafatlar yalnız bircə Xədicənin əllərində cəmləşir?!” – deyə müxalifətçi ortaya az qala qadağan edilmiş sual qoydu. Və hazırda özünü övliyalar sırasına keçirmiş və müqəddəs Maqdalina simasında hiss edən qanmaz Xədicənin, hansının ki, birinci cavanlığının bütün günahlarını Əli Kərimli bağışlamışdı, isterik reaksiyası ilə qarşılaşdı… Üstəlik, Əli Kərimli özü də yemək istəyir.

Bax, budur- bizdə hakimiyyət uğrunda ümumxalq mübarizəsinə iddia edən belə bir müxalifət var. Partiya yoldaşlarının məhkəməsi gedir, məntiqlə bütün gücləri batanın qurtuluşuna səfərbər etmək lazımdır. Amma hətta əlləri qandallı olan balakənli Muxtarlının iri və monumental silueti belə müxalifətçilərin, hansılar ki, əvvəlki kimi xalqdan dəhşətli dərəcədə uzaqdırlar, pul üstündə kobud oyunlarını, hoqqalarını dayandıra bilmir!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button