2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Xədicə haqda videoçarx hazırlandı

Vətəndaş cəmiyyəti təmsilçilərinin birləşdiyi Sivil Toplum Platforması – STP hazırda həbsdə olan Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın doğum günü münasibətilə videoçarx hazırlayıb.

Videoçarxda STP üzvləri “Xədicə İsmayıl niyə azadlıqda olmalıdır” sualına cavab verirlər. Onlar Xədicə İsmayılın azad söz və müstəqil mətbuat uğrunda mübarizə apardığını bildirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub.Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin bu qərarından kassasiya şikayəti verilib və həmin şikayətə mayın 25-də saat 14.30-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə baxılacaq.

Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə, özəlliklə, prezident və ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Xədicəni “vicdan məhbusu” elan edib.

Xədicə İsmayılın mayın 27-də 40 yaşı tamam olur. Ad günündən iki gün öncə Ali Məhkəmə onun kassasiya şikayətinə baxmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button