2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Xədicə İsmayıl ‘Allard’ mükafatının qalibidir

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi «Allard» mükafatına layiq görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Qalibin elan olunması ilə bağlı mərasim bu gün, sentyabrın 29-u səhər saatlarında Kanadanın Vankuver şəhərində başlayıb.

«Bu mükafat korrupsiyaya ilə mübarizə aparanlara verilir. Bu dəfə bu mükafata mən, Misirdən daha bir jurnalist, bir də Braziliyadan bir təşkilat namizəd olub. Nəhayət, münsiflər bu qərara gəliblər ki, qalib olaraq bu mükafat mənə verilsin», – X.İsmayıl bildirib.

X.İsmayıl deyir ki, misirli jurnalistin də onun kimi ölkədən çıxış yasağı olduğundan tədbirə qatılmayıb.

Jurnalist bu mükafatı təkcə özünə deyil, korrupsiyaya ilə mübarizə aparan bütün jurnalistlərin əməyinə verilən qiymət sayıb:

«Görünür, mübarizə təkcə əziyyətlə bitmir, bunun nəticəsi də olur», – jurnalist qeyd edib.

«Beynəlxalq Bütövlük Naminə Allard Mükafatı»nı Britaniya Kolumbiyası Universitetinin məzunu Peter A.Allard yaradıb və maliyyələşdirir.

İki ildə bir dəfə verilən mükafat korrupsiyaya ilə mübarizədə və insan haqlarının təşviqində göstərilən səyləri dəyərləndirir.

Cəmi üç gün öncə, sentyabrın 26-da isə X.İsmayıl «Nobel mükafatına alternativ» – «Dürüst Həyat» (Right Livelihood) laureatı adını qazanmışdı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button