2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Xədicə İsmayıl: “İcra məmuru özbaşınalıq edib”

“İndi internet əsridir, istədiyim adamla internet vasitəsilə əlaqə saxlaya bilirəm. Beynəlxalq tədbirə internetlə qoşulanda mənim barəmdə məlumat verirlər ki, bu adam ölkə həbsxanasındadır. Ayıbdır axı… Niyə ölkə fərqli düşünən insanlar üçün bağlı olmalıdır?” – araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın sözləridir.

Jurnalist bu fikirləri martın 16-da Ali Məhkəmədə onun ölkədən çıxışına qadağa ilə bağlı kassasiya şikayətinə baxılarkən dilə gətirib.

X.İsmayılova deyir ki, 2016-cı il mayın 25-də Ali Məhkəmə onun şərti cəza ilə həbsdən azad edilməsi haqda qərarında ancaq “xəbərdarlıq etmədən yaşayış yerini dəyişməmək” məsələsini göstərib. Amma Binəqədi rayon İcra Şöbəsinin Dövlət Sərhəd Xidmətinə göndərdiyi müraciətlə onun ölkədən çıxışına qadağa qoyulub: “İcra məmurları səlahiyyətlərini aşıblar. Çünki Ali Məhkəmə lazım bilsəydi, özü bunu edərdi. Amma qərarda bu göstərilməyibsə, deməli, icra məmuru özbaşınalıq edib”.

Saytların yığılması Saytlarin yigilmasi

AVROPA MƏHKƏMƏSİNƏ NÖVBƏTİ ŞİKAYƏT

Jurnalist bildirib ki, ölkədən çıxışına maneə yaradıldığından, peşəsi, eləcə də ölkənin ictimai-siyasi həyatı ilə bağlı beynəlxalq tədbirlərə qatıla bilmir. Bu da hərəkət azadlığının pozulmasıdır: “Bu üzdən tədbirlərə internetlə qoşulmalı oluram. İnternetə də maneə yaratmağa çalışırlar. Nə qədər ki, Şimali Koreyadakı kimi internetə tam maneə yoxdur, hələlik, internetlə tədbirlərə qoşuluram. Ölkədən çıxa bilməməyim hərəkət azadlığının pozuntusudur, ciddi qanunsuzluqdur. Mənə verilən şərti cəzanın şərti budur ki, azadlıqda olduğum müddətdə yenidən cinayət törətsəm, cəzanın çəkilməmiş 9 ayı da üzərinə gələcək. Mən əslində 5 ildir cəza çəkirəm, çünki ölkədən istədiyim vaxt gedə bilmirəm, bu cəzadır. Mənim əziyyət çəkməyim tək tədbirlərdə iştirak edə bilməməyim deyil. Həm ayda bir dəfə icra məmurları ilə ünsiyyətdə olmalıyam, həm də mənasızdır qadağa. Bununla məni nədən məhrum etməyə çalışırsınız ki?”.

Əhməd Nurməmmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra belə qərara gəlib ki, X.İsmayılovanın ölkədən çıxışına olan qadağanın aradan qaldırılmasına ehtiyac yoxdur. Ona görə də, kassasiya şikayəti təmin olunmayıb.

Bu məsələni yerli məhkəmələrdə mübahisələndirmək üçün hüquqi vasitələr tükəndiyindən X.İsmayılova Avropa Məhkəməsinə müraciət edəcək.

XATIRLATMA

X.İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Jurnalist 2016-cı il mayın 25-də 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. İyunda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib.

X.İsmayılova həbsdən buraxılsa da, ölkədən kənara buraxılmır. Ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button