2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Xədicə İsmayılın anası vəfat edib

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova vəfat edib. X.İsmayıl deyib ki, anası martın 7-dən 8-nə keçən gecə Türkiyənin paytaxtı Ankarada, müalicə olunduğu xəstəxanada vəfat edib.
«Limfa vəzilərinin şişlərindən əziyyət çəkirdi. 2018-ci ilin yanvarında Türkiyəyə aparılmışdı, Ankarada müalicə alırdı», – X.İsmayıl bildirib.
Ölkədən çıxışına yasaq qoyulan jurnalist bunun müvəqqəti götürülməsi və anasının yanında olmaq məqsədilə ədliyyə qurumuna müraciət də etmişdi. Ancaq müraciətə müsbət cavab verilməmişdi.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. X.İsmayıl həbsdən buraxılsa da, ölkədən çıxışına yasaq götürülməyib.

Jurnalist ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org saytı X.İsmayıla anasının vəfatı ilə əlaqədar başsağlığı verir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button